Azərbaycan İdeyası

Ərdoğan: "Mən ölüm hökmünün bərpasını dəstəkləyəcəm"

Tarix:29-03-2017, 10:26
Baxış Sayı:763



Türkiyə parlamenti ölüm hökmü cəzasının bərpa edilməsi məsələsinə konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra baxacaq.
Korrupsiya və Qanun saytının -ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Türkiyədə ölüm hökmünün bərpa edilməsi məsələsi ölkədə ötən ilin iyulun 15-də baş verən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.
“Ölüm hökmünün bərmasına dair müraciət parlamentə aprelin 16-dan sonra göndəriləcək. Müxəlifət partiyalarının liderləri Kemal Kılıçdaroğlu və Dövlət Bahçəli bu layihəni dəstəkləməyə söz veriblər. Əgər parlament qanun layihəsini qəbul etsə, mən bu qərarı dəstəkləyəcəm”, - Ərdoğan deyib.
Türkiyədə sonuncu ölüm hökmü 1984-cü ildə icra edilib. 2004-cü ilin may ayında Avropa İttifaqına daxil olmaq üçün ölkədə ölüm hökmü ləğv olunub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı