Azərbaycan İdeyası

Azərbaycanlı tələbələr Rusiyada birinci oldular - FOTO

Tarix:16-10-2017, 15:49
Baxış Sayı:456



Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Salut Talantov” VII Beynəlxalq Musiqi Festivalında Azərbaycan Milli Konservatoriyasının İfaçılıq (Xalq Çalğı Alətləri – Tar) fakültəsinin III kurs tələbəsi Orxan Zeynalov və konservatoriyanın müəllimi Nərmin İsgəndərova (Fortepiano) ilə 1-ci yerə layiq görülüblər.
Bu barədə Oxu.Az-a konservatoriyanın mətbuat xidmətindən bildirilib.
O.Zeynalov və N.İsgəndərova festivalda Səid Rüstəmov və Tofiq Quliyevin “Qaytağı” əsərlərini ifa ediblər.
Ümumilikdə, 45 ölkədən 850 iştirakçının qatıldığı festivalın ilk günündə təmsilçilərimiz 1-ci yerə layiq görülərək, Qala konsertə dəvət alan 25 iştirakçı siyahısına daxil ola biliblər. Qala konsertdə uğurlu çıxışla yadda qalan O.Zeynalov və N.İsgəndərova professional ifaçılıq və artistizmə görə xüsusi “Diplom”la təltif olunublar.
Xatırladaq ki, Orxan Zeynalov AMK-nın dosenti Əməkdar müəllim Yusif Vəliyevin tələbəsidir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik edib
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Harri anası Diana haqqında film çəkmək istəyir: Kral ailəsində gərginlik yarana bilər
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Futbol millimiz Tacikistan yığması ilə qarşı-qarşıya
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Mbappe xəyalındakı şam yeməyinin qonaqlarını açıqladı: Ronaldo, Rihanna və...
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Donald Tramp: "Dostum Ərdoğan sərt adamdır"
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Azərbaycanla Banqladeş arasında vacib saziş imzalandı
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir
Macarıstanda sabiq nazir dövlət büdcəsinə milyonlarla avro zərər vurmaqda şübhəli bilinir