Azərbaycan İdeyası

Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO

Tarix:13-02-2018, 11:55
Baxış Sayı:8 295


 Əməliyyatçılar Saakaşvilini saçlarından sürüdülər – VİDEO
Kiyevdə keçmiş Odessa vilayəti meri Mixail Saakaşvilinin saxlanılmasında 10-dan çox əməliyyatçı iştirak edib.
Korrupsiya-q.az xəbər verir ki, “Zrada çi Peremoqa” “Telegram” kanalının yaydığı “Suluquni” restoranının müşahidə kamerasından çəkilmiş videogörüntüdə əməliyyatçıların onu məcburi şəkildə binadan çıxardığını görmək olur.
Kadrlarda növbə ilə üzü maskalı və kamuflyaj geyimdə olan 14 nəfərin restorana daxil olması, Saakaşvilini yerə yıxmaları, daha sonra isə saçlarından dartaraq çölə çıxarması əksini tapır.
Daha sonra açıqlama verən Saakaşvili ukraynalı əməliyyatçıları faşistlərlə müqayisə edərək, ona qarşı çox kobud davranmaqla güc tətbiq etdiklərini bildirib.
Qeyd edək ki, fevralın 12-də Ukrayna sərhəd xidmətinin xüsusi təyinatlıları Saakaşvilini restoranda saxlayaraq, onu helikopterlə Borispol aeroportuna aparıb, daha sonra isə Ukrayna vətəndaşlığından məhrum olan siyasətçi təyyarəyə mindirilib və Polşa paytaxtına göndərilib.
Xatırladaq ki, 2017-ci ilin sonlarında, Kiyev dairə-inzibati məhkəməsi vətəndaşlığı əlindən alınan Saakaşvilinin ölkədən ekstradisiyasına əngəl olacaq hər hansı halın və ya səbəbin olmadığını qət edib.




OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı