Azərbaycan İdeyası

Kriminal avtoritet Saakaşvilinin zirehli avtomobilini oğurladı

Tarix:7-07-2016, 23:11
Baxış Sayı:708

Kriminal avtoritet Saakaşvilinin zirehli avtomobilini oğurladı
İyulun 6-da Kiyevdə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin zirehli avtomobili oğurlanıb.

APA-nın “strana.ua” saytına istinadən verdiyi xəbərə görə, 6 milyon qrivna dəyərində “Toyota Land Cruser” avtomobilinin “Quqa” ləqəbli kriminal avtoritet Sergey Qlontinin mütəşəkkil cinayətkar dəstəsi tərəfindən oğurlandığı bildirilir.

S. Qlonti hazırda təcridxanadadır və bu gün məhkəmə onun apellyasiya şikayətinə baxmalıdır. Oğurluğun Ukrayna hüquq-mühafizə orqanlarındakı “gürcü klanı”nın S. Qlontiyə loyallığına nail olmaq məqsədilə törədildiyi xəbər verilir. Məhkəmə vəkillərin arqumentləri ilə razılaşarsa, S. Qlonti ekstradisiya edilməyəcək və azadlığa buraxılacaq. Bu halda avtomobil sahibinə qaytarılacaq.

Tbilisi kriminalının liderlərindən olan S. Qlonti bu il iyunun 21-də Macarıstan hüquq-mühafizə orqanlarının ötürdüyü informasiya əsasında Kiyevdə saxlanılıb. Ona 40 sutka inzibati həbs cəzası verilib. S. Qlonti fırıldaq yolu ilə Macarıstan vətəndaşlığı almaq cəhdində günahlandırılır.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı