Azərbaycan İdeyası

Dəhşətli helikopter QƏZASI: milyarder və ailəsi YOX OLDU - FOTO (YENİLƏNDİ)

Tarix:5-07-2019, 12:15
Baxış Sayı:163




Baham adalarında helikopterin qəzaya uğraması nəticəsində həlak olan 7 nəfərin arasında kömür maqnati, amerikalı milyarder Kris Klaynın da olduğu qeyd edilir.
Korrupsiya-q.az məlumatına görə, qəza helikopter ABŞ-a uçarkən baş verib. Helikopter səhər saatlarında havaya qalxıb. Qəza ilə bağlı məlumatı Baham adalarının polis nümayəndələri təsdiq edib.
Milyarderin 62 yaşını qeyd etmək ərəfəsində ailəsi ilə birlikdə səfərə çıxdığı bildirilir. Helikopterdən heç kim sağ çıxmayıb. Sudan çıxarılan meyitlər arasında maqnatın ailə üzvlərinin olması təsdiqlənib. Milyarderin meyitini isə dostları tanıyıblar.

K.Klaynın 2000-ci illərin əvvəllərində kömür hasilatı biznesində uğur qazandığı və böyük sərvət topladığı məlumdur. "Forbes" nəşrinin məlumatına görə, onun var-dövləti 1,8 milyard dollar təşkil edir.

Helikopterin hansı səbəbdən qəzaya uğraması isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

***


Baham adalarında ABŞ-a uçan helikopter qəzaya uğrayıb.

Bu barədə “Associated Press” xəbər verib.

Bildirilir ki, hadisə zamanı 7 nəfər həlak olub. Baham adaları polisinin nümayəndəsi faktı təsdiqləyib.

Məlumata görə, helikopter Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Helikopter səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Ölənlərin hamısı ABŞ vətəndaşlarıdır.

"BNO News"un məlumatına görə, həlak olanlar arasında ABŞ milyarderi, kömür maqnatı Kris Klayn da var. O, Baham adalarına 62 yaşını qeyd etmək üçün uçurmuş. Mərhum milyarderin sərvəti 1,8 milyard dollar məbləğində qiymətləndirilir. (Report)


Dəhşətli helikopter QƏZASI: milyarder və ailəsi YOX OLDU - FOTO (YENİLƏNDİ)

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda polkovnik qəfil öldü
Azərbaycanda polkovnik qəfil öldü
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Həbib Nurməhəmmədov döyüşçülərini zarafatla TƏNQİD ETDİ
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Xilasetmə əməliyyatı dayandırıldı
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib
Bakıda futbol meydançasında meyit tapıldı
Bakıda futbol meydançasında meyit tapıldı
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
"Sabah"dan transfer bombası: "Lester Siti"nin futbolçusu Azərbaycana gələ bilər
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Bu gün Yasamalın bəzi ərazilərində İŞIQ OLMAYACAQ
Misirdə güclü zəlzələ baş verib
Misirdə güclü zəlzələ baş verib