Azərbaycan İdeyası

Azərbaycan millisinin futbolçusu Yerevan ermənisinin klubuna keçdi - ŞOK

Tarix:25-06-2016, 19:14
Baxış Sayı:355

Azərbaycan millisinin futbolçusu Yerevan ermənisinin klubuna keçdi - ŞOK
Azərbaycan millisinin futbolçusu Pavel Paşayev yenidən Ukrayna Premyer Liqasında çıxış edəcək.

Qaynarinfo.az xəbər verir ki, o, Ukraynanın "Stal" klubu ilə 2 illik müqavilə bağlayıb. Köhnə adı Dneprodzerjinsk, indiki adı Kamenskoe olan şəhərin təmsilçisinə cinah müdafiəçisi havayı başa gəlib. Çünki Pavel fevralda "Qəbələ"yə keçəndə yarım illik müqavilə bağlamışdı.

Qeyd edək ki, atası azərbaycanlı olan, lakin Ukraynada doğulmuş 28 yaşlı futbolçunun bu ölkədə çıxış təcrübəsi mövcuddur. O əvvəllər Ukraynada "Dnepr", "Krivbass", "Karpatı", Zaporojye "Metallurq"unda çıxış edib.

Lakin bir əmma var. Millimizdə 3 oyuna, "Qəbələ"də isə 1 matça çıxmış və daha çox ehtiyatda qalmış Pavel Paşeyevin çıxış edəcəyi budəfəki klubun sahibi Ukrayna vətəndaşlığı olan Yerevan ermənisi Vardan İsraelyandır. Təsadüfi deyil ki, ötən mövsümü VIII pillədə başa vurmuş "Stal" klubunda 3 erməni - Qor və Edqar Malakyan qardaşları, eləcə də Ukrayna ermənisi Artur Danielyan çıxış edir.

İsraelyanın yerlipərəst olması bununla da kifayətlənmir. "Stal"ın 21 yaşadək komandasının (U-21) baş məşqçisi də erməni Yeqişe Melikyandır. "Stal"ın U-19 komandasında isə Armen Ohanisyan çıxış edir. İndi İsraelyanın Paşeyevi millimizin düşərgəsinə asanlıqla göndərib-göndərməyəcini zaman göstərəcək.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı