Azərbaycan İdeyası

Körpələrini veqan olaraq qidalandıran cütlük 18 ay həbs cəzasına məhkum edildi + FOTOLAR

Tarix:23-08-2019, 14:46
Baxış Sayı:148


Avstraliyada yaşayan bir cütlük körpələrini veqan məhsullar ilə qidalandıraraq "uşaqlarının zəif qidalanmasına"səbəb olduqları üçün 18 ay həbs cəzasına məhkum ediliblər.
Korrupsiya-q.az xarici mediaya istinadla bildirir ki, məhkəmə qeydlərinə görə, 4 kiloqram 890 qram olan 19 aylıq qız uşağı 3 aylıq körpə kimi görünürdü. Protein çatışmazlığı yaşayan uşağın dişləri də hələ çıxmayıb.
Sidneydə aparılan məhkəmə işində hakim cütlüyü məsuliyyətsiz davranaraq uşaqlarını uyğun olmayan şəkildə qidalandırdığını və bunun körpənin inkişafına mənfi təsir göstərdiyini bildirib.
Əsasən yulaf, düyü, kartof kimi qidalarla qidalanan körpənin 2018-ci ilin mart ayında vəziyyəti pisləşib. Həkimlərin sözlərinə görə, körpə xəstəxanaya gətirildikdə dodaqları göyərmiş, qan şəkəri aşağı düşmüş və əzələləri elastikliyini itirmişdi.
Hazırda 3 yaşında olan kiçik qız hadisədən sonra ailəsindən alınaraq sosial xidmətlər qurumuna verilmişdi.
Körpənin baxıcısı may ayında verdiyi açıqlamada körpənin hələ də danışa, otura və tək başına yemək yeyə bilmədiyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı