Azərbaycan İdeyası

“Bundan özünə pay ayıra bilər” - Trampı gücləndirəcək qərar

Tarix:20-12-2019, 13:04
Baxış Sayı:103


ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın iqtisadi siyasətində rəmzi yeri olan Kanada və Meksika ilə sərbəst ticarət anlaşmasını təsdiq edib.
Korrupsiya-q.az xəbər verir ki, Şimali Amerika Ticarət Sazişinin (NAFTA) yerini tutacaq Yeni Sərbəst Ticarət Sazişi (USMCA) palatanın iclasında 385 səslə qəbul olunub.
Trampa yönəlik impiçment prosedurasındakı rolu ilə tanınan Nümayəndələr Palatasının rəhbəri Nensi Pelosi jurnalistlərə açıqlamasında bu layihənin qəbul olunmasının ABŞ prezidentinə siyasi xal qazandıracağından narahat olmadıqlarını bildirib:
"Prezident bundan özünə pay ayıra bilər, amma bu, bizim sözügedən layihəni qəbul etməyimizə mane ola bilməz".
Qanun layihəsinin Trampın Nümayəndələr Palatasında impiçment edilməsindən bir gün sonra qəbul olunması da diqqət çəkib.
Donald Tramp 2016-cı il seçkiləri çərçivəsində NAFTA-nın ABŞ iqtisadiyyatına zərər verdiyi iddiası ilə ləğv edəcəyini açıqlamış, bunun yerinə ölkənin maraqlarını daha yaxşı qoruyacağını vəd etdiyi yeni bir ticarərt anlaşmasını irəli sürmüşdü.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı