Azərbaycan beynəlxalq aləmdə dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda investisiya cəlbediciliyi baxımından da öndədir. Ölkə Prezidenti İlham Əliyevin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin Sədrliyi ilə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı sahibkarlıq subyektlərinin yoxlanılması məsələsinə da toxunmuşdu. Ölkə başçısı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarının qarşısının alınacağını, nəticə çıxarmayanların da cəzalandırılacağını bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq: "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-birilə rəqabətə çıxıb. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır!”
”Koprrupsiya və qanun” qəzeti olaraq bu mövqedəyik ki, sahibkarlara qarşı əvvəllər yol verilmiş hüquqpozmalar da araşdırılmalı, onların fəaliyyətini məhdudlaşdıran əsassız məhkəmə qərarlarına verən hakimlər qınanmalıdır.
Nərimanov rayonu, A.Nemətulla küçəsi, bina 61a-da müvəqqəti yaşayan II qrup Qarabağ müharibəsi əlili, erməni əsirliyindən gəlmiş, 75 yaşında ehtiyatda olan zabit və “Xocalı” kiçik müəssisəsinin təsisçisi Nəbiyev Əli İbad oğlu Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova göndərdiyi Şikayət ərizəsinin bir surətini də redaksiyamıza ünvanlamışdır. Ərizədə bildirilir:
Azərbaycanın Prezidenti, Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən Bakı şəhərinin sabiq meri Rəfail Allahverdiyevin 17 saylı sərəncamı ilə 02.01.1997-ci il tarixində 400 (dörd yüz) kv.m torpaq “Xocalı” kiçik müəssisəsinə verilib, faizlə pul götürüb altı mərtəbəli bina tikdirib kirayə vermişəm. Binanın 3-cü mərtəbəsində 4 qaçqın ailəsi yaşayırdıq. Binanın pasportunu və binanın reyestrini (№ 00182225) almışam. 2000-ci ildə Azərbaycanın Prezidentinin sərəncamı ilə həmin mülk Qarabağ müharibəsində zabit kimi döyüşdüyümə görə mənə bağışlanıb. Binanın altındakı torpağı özəlləşdirmək üçün Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova 40 dəfə müraciət edim. K.Həsənovdan rədd cavabı aldım. Mən 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət etdim. “Xocalı” kiçik müəssisəsinin Nizamnaməsini, Ədliyyə Nazirliyinin şəhadətnaməsi (№ 29486), Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 saylı 02.01.1997-ci il tarixli sərəncamını, torpağın ayrıc aktını, torpağın kadastr xəritəsini, Kərəm Həsənovun “Xocalı” kiçik müəssisəsinə verdiyi cavabı təqdim etdiyim 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi (Miminat Hacıbəyova iş № 2(82)888/20) 29 oktyabr 2009-cu ildə qərar Verdi: “Xocalı” kiçik müəssisəsinin iddia tələbi təmin olunsun.
Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun tapşırığı əsasında Apellyasiya Məhkəməsi hakimi Elmira Nağıyeva qardaşı Nağıyevdən istifadə etdi. 2 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qərarı qüvvəyə minəndən bir il sonra qərarı ləğv etdi, çünki Nağıyevlərin işləri Kərəm Həsənovdan asılı idi. Hansı ki, qərar qüvvəsini almışdı, üstündən bir il də keçmişdi.
2-1(103)-489/10 saylı 30.09.2010-cu il tarixdə qərar verildi - “Xocalı” kiçik müəssisəsinin iddia ərizəsinə baxılmamış saxlansın. “Xocalı” kiçik müəssisəsinin təsisçisi - mən Nəbiyev Əli İbad oğlu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova yenidən müraciət etdim, yenə də rədd cavabı aldım.
07 aprel 2011-ci il 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdim. Hakim Xaliq İmanov 07.04.2011-ci il il № 2-in (82)-06/2011-ci il tarixdə qərardad verildi ki, bir ay müddətində təyin edilsin, “Xocalı” kiçik müəssisəsinin binasının altındakı torpaq özəlləşdirilsin. K.Həsənov bu qərara da məhəl qoymadı.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri “Xocalı” kiçik müəssisəsinin binasının altındakı torpağı yenə özəlləşdirmədi, çünki pulu çatmamışdı.
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin 01 iyun 2011-ci il tarixli № 238 nömrəli məktubu ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan xahiş etdi ki, “Xocalı” kiçik müəssisəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsini özəlləşdirilməsi prosesini dayandırması barədə aidiyyəti üzrə tapşırıq versin.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı № 377 saylı 05.09.2011-ci il tarixli sərəncam verib ki, “Xocalı” kiçik müəssisəsinin binası Koroğlu Rəhimov küçəsindən sökülsün, köçürülsün Ağa Nemətulla küçəsi 63 ünvanına, binalarının arasında 420 kv.m torpaq ayrılsın və “Xocalı” kiçik müəssisəsinin tikilən binasının sənədlərin “Xocalı” kiçik müəssisəsinin rəhbərliyi alsın.
Bu sərəncamı və “Xocalı” kiçik müəssisəsinin binasının layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi (№ 18/03-8/3002) ilə razılaşdırılıb, binanın 70 % tikilib. Binanın altındakı torpaq kadastr xəritəsi və ünvanı almışıq. Yenidən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət etdik və rədd cavabı aldıq. 12 fevral 2013-cü il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdik, aidiyyati sənədləri təqdim etdik (1. “Xocalı” kiçik müəssisəsinin Nizamnaməsi, 2. Ədliyyə Nazirliyinin 29486 saylı şəhadətnaməsi, 3. Bakı Şəhər İcra Hakimiyyətinin 17 saylı sərəncamı 02.01.1997-ci il tarixli, 4. Binanın altındakı torpağın kadastr xəritəsi, 5. Binanın pasportun, 6. Reyestrdən çıxarış № 0018225).
“Xocalı” kiçik müəssisəsinə təzə tikilən binanın 377 №-li sərəncamı ilə 420 kv.m torpaq ayrılıb. Bakı şəhərinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin təsdiq etdiyi layihəsi, binaya sahənin verilməsinin və layihəsi, Bakı şəhər İcra Aparatının razılaşdırılmış № 18/03-8/3002. Binanın altındakı torpağın kadastr xəritəsini, binanın ünvanını təsdiqləyən sənədlərlə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadını əsasən hakim Bayramova İntizar Hacı qızı 23 yanvar 2013-cü il tarixdə (iş № 2-in (82)686/2013) qərar verdi ki, “Xocalı” kiçik müəssisəsinin iddiası təmin olunsun.
AR Əmlak Məsələləri Dövlət Komitəsi, AR Əmlak Komitəsinin yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi bu idarələrin başında duran Kərəm Həsənovun “dasqısı” çatmayıb deyə bu işə mane oldu. Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev də bu kampaniyaya qoşuldu. Abidinin istəyi nədir?
Abidin “Xocalı” kiçik müəssisəsinin sökülən binasına kompensasiya olaraq 3 milyon 5 yüz manat ayırıb. N-11/1-19.03-2014 və 21.02.2013-cü il tarixdə N-215 məktublarına əsasən bu üç idarə Apellyasiya Məhkəməsinə böyük təzyiqlər göstərməsinə baxmayaraq, 12 iyun 2013-cü il № 2 inz(103)-733/2013 saylı hakim Ülvi Mayılov qərar verdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlansın.
Üç idarə hücum etdilər Ali Məhkəməyə. Görəsən bu üç idarənin başçılarının, canları yanır dövlətə? Xeyr, onların hərəsinin istəkləri vardır. Ali Məhkəmənin hakimi Dadaşov İlqar Ağababaş oğlunun Kərəm Həsənovdan asılacağı var.
Nərimanov rayon İcra Aparatının başçısı Abidin Fərzəliyevin Rusiyadan “krişası” (tavanı) olmasını çatdırdılar məhkəməyə. Bunlara əsasən 03 oktyabr 2013-cü il 2-2(102)-845/2013 qərarı ilə Apellyasiya Məhkəməsinin hakimi Vidadi Məmmədov 24 yanvar 2014-cü il № 2 inz (103)-1786/2013 tarixli 2 saylı İnzibati- İqtisad Məhkəməsinin qərarını ləğv etdi. Mənə elə gəlir ki, Azərbaycanın məhkəmə qurumları rüşvətə və korrupsiyaya şərait yaradan bir qurumlardır. Çünki, yuxarıda göstərilən sənədləri verməlidir ki, hakimləri qane etsin”.
Müasir Azərbaycanın sürətli inkişaf modelinin yaradıcısı olan Prezident İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafilə bağlı hər zaman nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq özəl sektorun inkişafını strateji anlamda dəstəkləyən yeni islahatlar məhz dövlət başçısının rəhbərliyilə reallaşmaqdadır: "Bu islahatlar Azərbaycan iqtisadiyyatının şaxələnməsini genişləndirməklə yanaşı, 2020-ci ilədək olan hədəflərin reallaşmasında mühüm mərhələ olacaq. Qlobal və regional çətinliklərin müşahidə edildiyi bir dövrdə bu ilin 9 ayının iqtisadi və sosial nəticələri bir daha təsdiq etdi ki, Azərbaycanda həyata keçirilən düzgün iqtisadi siyasət öz real töhfələrini verməkdədir. Bu inkişafın dayanıqlılığı isə birbaşa sahibkarlığın dəstəklənməsi üçün həyata keçiriləcək islahatlarla bağlıdır. Məhz dövlət başçısının hər zaman nümayiş etdirilən siyasi iradəsilə reallaşan son islahatlar da iqtisadiyyatın dayanıqlılığını möhkəmləndirəcək. Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədləri isə sahibkarlığın inkişafında yeni mərhələnin başlaması barədə anonsun reallaşması kimi də qiymətləndirmək olar: "Bu islahatlar sahibkarlığın inkişafında kifayət qədər müsbət radikal dəyişikliklərə gətirib çıxaracaq. Bu, sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Ümid etmək olar ki, “Xocalı” kiçik müəssisəsinə münasibətdə də ədalət bərpa olunacaq.