Azərbaycan İdeyası

QƏSDƏN SAĞLAMLIĞA AĞIR ZƏRƏR VURMANI BAĞIŞLAMAQ OLARMI?

Tarix:19-10-2015, 15:44
Baxış Sayı:456


Qəzetimizin ötən sayında dərc olunmuş “Hüquq-mühafizə orqanı axtardığı şəxsin pulunu alıb, özünü buraxıb” sərlövhəli məqalədə açıq qalan suallara cvab tapılıb. Həmin sualları məqalədən altını cızdığımız bu sitatlarla xatırladırıq:
“Təsəvvür edin, bir şəxs digərinin sağlamlığına qəsdən zərər vurmaqla, əlindən pulunu alır. Hüquq-mühafizə orqanı isə rəsmən axtardığı zərər yetirəndən pulu alıb zərərçəkənə qaytara bilir, amma onu yaxalaya bilmir. Haqlı bir sual meydana çıxır: Əgər cinayətkar tapılmayıbsa, JNondan pul necə geri alınıb? Bəlkə hüquq-mühafizə orqanı axtardığı şəxsin pulunu alıb, özünü buraxıb?”
Sadiq oxucularımız xatırlayarlar, onların sırasına yeni qoşulanlara xatırladırıq ki, Masallı rayonunun Çaxırlı kəndində qeydiyyatda olan, hal-hazırda Bakı şəhəri Keşlə qəsəbəsində ev 13-7 ünvanda yaşayan Şıxaliyeva Şövkət Xıdır qızı redaksiyamıza ərizə ilə müraciət edərək, probleminin ictimailəşdirilməsini xahiş etmişdi. Vət. Şıxaliyeva bildirirdi ki, 18 avqust 2012-ci il tarixdə o vaxtadək qeyri-rəsmi nikahla birgə ailə həyatı yaşadıqları Ağayev Xanlar Bədirxan oğlu ilə aralarında pul üstündə münaqişə yaranmış, Xanlar onun qoluna bıçaqla xəsarət yetirmiş, onda olan 1500 (bir min beş yüz) manat pulu alıb getmişdir. Xəstəxanaya yerləşdirilən Şövkətin qoluna tikiş qoyulmuş, lakin əməliyyatdan sonra məlum olmuşdur ki, onun iki barmağı işləmir. Zərərçəkən Bakıdakı 23 saylı Polis Bölməsinə şikayət etmiş, pulunun Xanlardan alınaraq geri qaytarılması, lakin həbs olunmamışdır. Onunçün axtarış elan edilmiş, tapılmadığı halda, iş Nizami rayon Prokurorluğuna göndərilmişdir. Prokurorluq hansı yollasa, keçmiş həyat yoldaşından tələb etdiyi pulu Şövkət xanıma qaytarmışdır.
Hazırda faktiki şikəst olan Ş.Şıxaliyeva əmək qabiliyyətini itirdiyindən işləyib dolanışığını təmin edə bilmir. Onun sözlərinə görə, barmaqlarının işləməsini bərpa etmək üçün bahalı cərrahi əməliyyat olunmalıdır. Redaksiyadan xahiş edirdi ki, ona köməklik göstərilməsi üçün problemi ictimailəşdirilsin, aidiyyati qurumların diqqəti bu məsələyə yönəldilsin, keçmiş həyat yoldaşından onun əməliyyatı üçün pul tələb olunsun.
Məqalə çapa gedəndən sonra şikayətçiyə müyəssər olmuşdur ki, Xanlar Ağayev barəsində “cinayət işinin xitam edilməsi haqqında” 04 dekabr 2013-cü il tarixli qərarı tapıb redaksiyamıza göndərsin. Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi polis leytenantı Bəkir Qarayev icraatında olan həmin cinayət işinin materiallarını nəzərdən keçirib aşakarlayıbmış ki, həqiqətən X. Ağayevin hərəkətlərində CM-nin 127.1-ci maddəsinin əlamətləri vardır. Lakin zərərçəkən Ş. Şıxəliyeva onunla barışdığından, Xanlara qarşı heç bir maddi tələbi və şikayəti olmadığından, cinayət ntəqibi xitab olunmalıdır.
Qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda cinayət işinin belə yekunlaşması istisna deyildir. Lakin əgər sağlamlığa vurulan zərər onu əmək qabiliyyətindən məhrum edirsə, onu necə “yüngül zərər”adlandırmaq olar?

Ceyhun

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026