Azərbaycan İdeyası

Azərbaycanın tanınmış alimi vəfat etdi

Tarix:16-11-2015, 11:22
Baxış Sayı:707

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Fərhad Əhmədbəyli vəfat edib.
"Korrupsiya və Qanun" qəzeti APA-ya istinadən xəbər verir ki, AMEA-dan verilən məlumata görə, F.Əhmədbəyli geologiya elminə böyük töhfələr verib. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.
F. Əhmədbəyli 1923-cü il fevralın 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1941-1945-ci illərdə İkinci dünya müharibəsində iştirak edib. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib.
F.Əhmədbəyli 1954-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
F.Əhmədbəyli 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir. Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur. Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış edib. Beynəlxalq (STCU, SCOPES, CNRS) qrant layihələrinin iştirakçısı olub.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı