Azərbaycan İdeyası

Uşaqlar Birliyinin sədrindən Nərminin anasına sərt reaksiya: “Bəlkə, doğrulardan qaçırsan?”

Tarix:16-01-2020, 16:36
Baxış Sayı:79


Sən hara getsən də, Nərmin ruhən səni hər yerdə izləyəcək.
Korrupsiya-q.az-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın yandırılaraq öldürülməsindən sonra anası Aynurə İsmayılovanın Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadan Bakı şəhərində ev istəməsi ilə bağlı müraciətinə münasibətində bildirib.
“Bayaqdan saytları vərəq-vərəq edirəm. Eyni yazıları oxuyuram. Yox, dəli olmamışam, sadəcə, deyirəm, bəlkə, türklər demiş, “şakadır”? Amma belə getsə, ağlım qaçacaq. Balası öldürülən ana... Qorxusu nədir? Oradakılar qorxsun. Bu hadisəni bilib, təxmin edənlər, bilib susanlar, ört-basdır edənlər qorxsun, çəkinsin.
Sənin qorxu dediyin nə? Bəlkə, nələrisə bilib ört basdır edənlərin sənin üzünə vuracaqları nəsə var? Nədir qorxun?”, - deyə sədr qeyd edib.
K.Ağazadə qeyd edib ki, insanın ailəsi, həyatı təhlükədə olanda ev istəmir, müdafiə, mühafizə istəyir:
“Bəlkə, doğrulardan qaçırsan? Bəlkə, Nərminin ruhunun o kənddə, o evdə səni qarabaqara gəzib, “ay ana, niyə belə oldu? ” sualına cavab verməmək üçün köçürsən? Amma Nərmin cismən o kənddə qalsa da, ruhən səni hər yerdə izləyəcək, arayacaq”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı