Azərbaycan İdeyası

Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar — Əhali etiraz edir

Tarix:21-01-2020, 14:03
Baxış Sayı:117


Saatlıda nəinki qohumu, hətta tanıdığı heç bir adam belə olmayan Nahid Bağırov bu rayondan namizədliyini niyə verib?..
Bu sualı Saatlı sakinləri həm özlərinə verirlər, həm də 62 saylı Saatlı seçki dairəsindən öz namizədliyini irəli sürən Azərbaycan Turizm Asossasiyasının İdarə Heyətinin sədri Nahid Bağırova ünvanlayırlar.
Maraqlıdır ki, Nahid Bağırovun Saatlıda seçki kampaniyası tam fiasko ilə davam etməkdədir. Bu arada Saatlıdan gələn məlumatlarda icra hakimiyyəti orqanlarının seçkiyə müdaxiləsi haqda PİA.az-a məlumatlar daxil olmaqdadır. Gələn məlumatlarda göstərilir ki, bütün icra nümayəndələrinə Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırova kömək etmək və onun görüşünə seçiciləri adminstrativ yolla toplamaq tapşırığı verilib. İddialara görə bir sıra kəndlərin icra nümayəndələri bu tapşırığın birbaşa Saatlının icra başçısı Nazim İsmayıov tərəfindən verildiyini bildiriblər.
Bu tapşırığa əsasən də icra nümayəndələri seçiciləri Nahid Bağırovla görüşə çıxarmağa cəhd eləsələr də buna nail ola bilmirlər. Bu üzdən də Nahid Bağırovun nəzərdə tutulan görüşlərinin heç biri baş tutmayıb.
PİA.az-a Saatlıdan daxil olan məlumatda bildirilir ki, rayonun Azadkənd, Camışlı, Qaralar, Qaracalar, Seyidlər, Kamallı kəndlərində narazılıq və qarşıdurma yaranıb. Buna səbəb isə icra nümayəndələrinin müxtəlif vasitələrlə, hətta polisin köməyi ilə sakinləri Nahid Bağırovla görüşə cəlb etmək istəmələri olub. Bütün səylərə baxmayaraq əhali Nahid Bağırovla görüşə getməyib və adlarını çəkdiyimiz kəndlərdə seçicilərin deputatlığa namizədlə görüşü baş tutmayıb.


Saatlıda sakinləri zorla deputatla görüşməyə aparırlar — Əhali etiraz edir

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama