Azərbaycan İdeyası

Hallabonq yemisiz? - VİDEO

Tarix:4-02-2020, 11:42
Baxış Sayı:85



Lənkəranda hallabonq yığımı artıq sona çatır.
Korrupsiya-q.az xəbər verir ki, Azərbaycan bu sitrus meyvəsini dünyada istehsal edən beş ölkədən biridir.
Hallabonq portağal və naringinin hibrididir. Hallabonq bağları Lənkəranda ilk dəfə 2015-ci ildə salınıb. 15 hektarlıq sahədə sınaq əkini aparandan sonra nəticələr müsbət olub və kəndlilər hallabonq bağlarının ərazisini xeyli genişləndiriblər. Bu sitrus ağacları ildə bir neçə dəfə bar verir. Keçən il sahələrdən 60-70 ton arası məhsul yığılıb. Hallabonqun yığımı bu ayın axırına kimi davam edəcək.
Qabığı xoş ətrə malik olduğu üçün hallabonqdan ətriyyatda da istifadə olunur. Yerli sitrus meyvələrindən də məhsuldarlığına görə çox seçilir.
Lənkərana yolunuz düşsə, Sütəmurdov, Siyavar, Separadi və Tükəvilə kəndlərində hallabonq bağlarına rast gələ bilərsiniz. Gələcəkdə başqa ərazilərdə də bu yeni sitrus bağlarının salınması nəzərdə tutulub.
Qeyd edək ki, dünyada ilk dəfə 70-ci ildllərdə təbii seleksiya yolu ilə Yaponiyada yetişdirilən Hallabonq istehsalına görə ölkəmiz Yaponiya, Cənubi Koreya, ABŞ və Braziliyadan sonra 5-ci yerdə qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı