Azərbaycan İdeyası

Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi

Tarix:21-06-2016, 22:45
Baxış Sayı:491

Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi
Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.

APA xəbər verir ki, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı deyib ki, elektrik enerjisinin ödənişində problemlər olub: “Əvvəllər elektrik enerjisindən istifadəyə görə ödəniş edilmirdi. Bildirdim ki, yaranmış 43 milyon manat borcu silək, sonra belə hal olmasın. Hazırda Nardaranda elektrik enerjisinin sərfiyyatı da düşüb, artıq elektrik enerjisindən qənaətlə istifadə edilir”.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu yaranıb.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı