Azərbaycan İdeyası

Psixoloq açıqladı: Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq

Tarix:5-02-2020, 12:31
Baxış Sayı:83


İnsanların gündəlik həyatda yaşadıqları stresin böyük hissəsi də yolda keçən vaxtın payına düşür. Belə ki, insanlar diskomfort şəraitdə evə getdikdə və ya yolda tıxacda qaldıqda həddən çox gərildiklərini söyləyirlər. Vəziyyətdən ən çox narazı olanlar isə ictimai nəqliyyatdan istifadə edən şəxslərdir.
Mövzu ilə bağlı "MediaPost”a açıqlama verən psixoloq Fərqanə Mehmanqızı insanların yolda keçirdikləri stresin səbəblərini izah edib.
O bildirib ki, yorğun insanlarda ən adi hallara qarşı dözümsüzlük yaranıb: "İnsanlar arasında aqressiya artıb, empatiya bacarığı çox aşağı düşüb. Bununla əlaqədar olaraq yolda keçirdikləri stresi qabartmaları normaldır. Əslində, daxilən sevgisizlikdən, mənəvi aclıqdan yaranan boşluq qıcığa qarşı reaksiyanı gücləndirir. Belə şəraitdə olan insanlar yolda tıxac əmələ gələndə, ictimai nəqliyyatda sıxlıq olanda və s. hallarda əsəbiləşirlər".
Ekspertin fikrincə, sözügedən problemlərin aradan qaldırılması üçün ictimai nəqliyyatda yeniliklər tətbiq edilməlidir: "Ümumiyyətlə, yeniliklər kütlə tərəfindən gec qəbul olunsa da, komfort şəraiti təmin edildikdən sonra müsbət qarşılanır. Təbii ki, yeni marşrutların istifadə, ictimai nəqliyyatda kart sisteminə keçidlə əlaqədar nizam-intizamın yaradılması, avtobusların təmizliyi və s. bu kimi detallar insanların özünü rahat hiss etməsinə səbəb olur. Bu da dolayı yolla onların gündəlik həyatında müsbət istiqamətdə dəyişikliklərlə nəticələnir. Bu gün paytaxtda ictimai nəqliyyatda tətbiq olunan yeni qaydalar kütlə tərəfindən tam şəkildə qəbul olunmasa da, bir müddət sonra insanlar buna alışacaq və bu sistemli həyat onlara müsbət təsir edəcək”.
Xatırladaq ki, bu yaxınlarda 300 yeni avtobus alınaraq ölkəmizə gətirilib və hazırda onların müntəzəm marşrut xətləri üzrə istismara verilməsi işləri gedir

Psixoloq açıqladı: Bu qaydalar insanların yolda keçirdikləri stresi azaldacaq.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?