Azərbaycan İdeyası

Koma vəziyyətində olan sabiq nazir hospitala köçürülür (YENİLƏNİB)

Tarix:5-02-2020, 13:36
Baxış Sayı:102



Koma vəziyyətində olan sabiq daxili işlər naziri İsgəndər Həmidov "Baku City Hospital"a köçürülür.
Korrupsiya-q.az məlumat verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı məlumat verib. O, hazırda Mərkəzi Klinik Xəstəxanada olduğunu deyib:
"İsgəndər bəyin vəziyyəti ağır olaraq qalır. Həkimlərlə görüşdüm, ətraflı məlumat aldım. Yanına - reanimasiyaya girdim, süni nəfəs aparatına qoşulub. Komadadır. Yalnız nəfəs ala bilir. Dostlar, İsgəndər Həmidovun vəziyyəti dostlarını üzəcək haldadır... Oğlu Məcidlə söhbətləşdik. Bu dəqiqələrdə İsgəndər bəyi Mərkəzi Klinik Xəstəxanadan çıxarıb "Baku City Hospital"a aparırlar. Artıq "Baku City Hospital"ın hospitalın ambulansı gəlib”. 11.55 "İsgəndər Həmidov belə vəziyyətdə ölkədən kənara aparıla biməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Adil Qeybulla sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhətindən danışarkən deyib. O bildirib ki, İsgəndər Həmidovun vəziyyəti çox kritikdir:
"Yeganə yol onu Mərkəzi Klinik Xəstəxadan başqa xəstəxanaya köçürməkdir. Hazırda bununla bağlı danışıqlar gedir. Vəziyyəti pisdir. Komadadır. Belə vəziyyətdə onu başqa ölkəyə necə aparmaq olar? Yeganə yol onun komadan ayılmasıdır”.
Qeyd edək ki, bir neçə gün öncə sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti pisləşib. O, Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

OXŞAR XƏBƏRLƏR
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Hacıqabulda baş verən qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
Bakıda böyük təmizlik
Bakıda böyük təmizlik
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycanda futbol klubu 400 min manata SATILDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Azərbaycan nefti kəskin UCUZLAŞDI
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Donald Tramp jurnalistlərə söz atdı: "Mən gedəndən sonra yazmağa xəbər tapmayacaqsınız"
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
ABŞ qaz daşıyan tankeri vurdu: Ölənlər var
Itkinizə üzgünük
Itkinizə üzgünük