Azərbaycan İdeyası

Ailədaxili münaqişə - iki nəfər xəsarət aldı

Tarix:24-06-2016, 19:30
Baxış Sayı:676

Ailədaxili münaqişə - iki nəfər xəsarət aldı
Cəlilabadda ağır cinayət hadisəsi baş verib.
ATV.az xəbər verir ki, rayonun Muğan kəndində İsgəndər Əliyev keçmiş həyat yoldaşı Şamama Qürbətovanın yaşadığı evə girərək, ona və 12 yaşlı oğlu Səid Əliyevə balta ilə xəsarət yetirib. Daha sonra o, böyük oğlu Fəridlə dava edib. Qəzəblənmiş ata 17 yaşlı övladını əlləri ilə boğmağa çalışsa da, Fərid atasının əlindən xilas olaraq qaçıb. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər Əliyev aradan çıxıb. Yaralılar qonşuları tərəfindən dərhal xəstəxanaya yerləşdiriliblər. İlkin ehtimala görə hadisənin İsgəndər Əliyevin boşanmadan sonra arvadına aliment ödəməkdən imtina etməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırmalara başlanıb. Polis cinayəti törətmiş şəxsin yaxalanması istiqamətində zəruri əməliyyat - axtarış tədbirləri görür.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı