Azərbaycan İdeyası

AZADLIQDAN MƏHRUM QARDAŞ BACISININ MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİNƏ QALXDI - İşin içində olan başqa (!) poçt qəbzi üzə çıxarsa, “Qərardaddan kassasiya şikayəti verilə bilməz” nidası qüvvədən düşəcək

Tarix:30-04-2020, 13:39
Baxış Sayı:309

Yəqin razılaşarsınız ki, hazırki vaxtda internet mediası operativlik, çap mediası isə peşəkarlıq baxımından müqayisə olunmaz. Tez-tez eşidirik ki, qəzet dövrü başa çatıb, artıq internet əsridir. Hətta, bu mövzu daha çox qəzetlərə maliyyə ayrılan zaman gündəmə gəlir. İnternet media operativlik baxımdan çap mediasını üstələyə bilər. Bizim qəzetin eyni zamanda, saytı da fəaliyyət göstərir. Bəzən olur ki, hansısa mövzu ilə bağlı operativ mövqe lazım olanda sayt üçün də yazıram. Qəzet yazımla sayt üçün yazdığım informasiyanı müqayisə edəndə arada çox böyük uçurum görürəm. İnternet mediada yazılan yazıların əksəriyyəti belədir. Tez-tələsik xəbəri yerləşdirmək lazım olduğundan təhlilə, araşdırmaya zaman qalmır. Ancaq qəzetə münasibət dəyişməlidir, daha doğrusu, ənənəviliyə qaıtmalıdır. Qəzetdə yazılanlar az qala istinad olunmalı arxiv sənədi gücünə malik olmalıdır.
Daimi oxucularına məlumdur ki, jurnalist Quliyeva Xuraman Əhliman qızının mülkiyyət hüququnun müdafiəsi üçün apardığı mücadilə qəzetimizin xüsusi yer ayırdığı məsələlərdəndir. Baş redaktorun bu mücadiləsini əks etdirən prosesləri zaman-zaman KİV-də işıqlandırması heç də rəhbərlik etdiyi mətbu nəşri öz şəxsi ruporuna çevirməsi və ya məhkəmələrə təziq göstərmək cəhdi kimi başa düşülməli deyil, əksinə, ona qarşı edilən haqsızlıqların davam etməməsi üçün özünü sığortalaması kimi başa düşülməlidir.
Həmin mövzuda təqdim etdiyimiz axırıncı material qəzetimizin 29 iyun 2019-cu il tarixli 03(72) sayında “Bakı Apellyasiya Məhkəməsinin üç hakiminin yazdıqları "QətNAMƏ" hekayəsi başlığı altında dərc olunmuş Ali Məhkəmənin Mülki Kollegiyasına 26.02.2019-cu il tarixli, 2(103)-2327/2019 saylı Mülki iş üzrə cavabdeh Quliyeva Xuraman Əhliman qızı tərəfindən verilmiş K A S S A S İ Y A Ş İ K A Y Ə T İ idi.
Çox təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsinin 10.12.2019-cu il tarixli 2(103)-2327/2019 saylı Qərardadı ilə Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2327/2019 saylı Mülki iş üzrə 26 fevral 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair cavabdeh Quliyeva Xuraman Əhliman qızı tərəfindən verilmiş ərizəni təmin etməmişdir. Səbəb də aşağıdakıları göstərmişdir:
“...Qətnamədən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə verildiyi gündən 2 (iki) a müddətində verilə bilər. İş vərəqi 104-də olan xəbərnamədən görünür ki, Bakı Apellasia Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2327/2019 saylı mülki iş üzrə 26.02.2019-cu il tarixli qətnaməsi X.Quliyeva tətrəfindən 17.03.2019-cu il tarixdə rəsmi qaydada alınmışdır. İlkin olaraq müəyyən olunur 13.05.2019-cu il tarixdə poçt xidmətinə təqdim edilməsi göstərilən kassasia şikayəti 18.06.2019-cu ildə məhkəməyə daxil olmuşdur. Artıq mülki iş Bakı şəhəri asamal rayon məhkəməsinə qaytarıldığına görə geri qaytarılmış və 01 iyul 2019-cu il tarixli qərardadla kassasiya şikayəti geri qaytarılmışdır. Cavbdeh 31 oktyabr 2019-cu il tarixdə təkrarən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, eyni zamanda müddətin bərpa edilməsinə dair ərizə təqdim etmişdir. Müddətin bərpa edilməsinə dair ərizədə Bakı Apellasiya Məhkəməsinin 03.04.2009-cu il tarixli 2(004) – 1485/2009 saylı qətnaməsindən kassasia şikaətinin verilmə müddətinin bərpa edilməsini xahiş etmişdir. Lakin cavabdehin müddətin bərpa edilməsini xahiş etmiş olduğu tarixli və saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi mövcud deyildir. Həmin tarix və nömrə birinci instansiya məhkəməsinin qətnaməsinə aid olan göstəricilərdir”.
Maraqlıdır, görəsən Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyası, konkret olaraq sədr Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova, Xəyal Sarıyev kassasiya şikayətinin nömrəsinə diqqət etirdikləri və ciddi əhəmiyyət verdikləri halda nəyə görə şikayətdə qeyd olunan məhkəmənin adını əsas götürməyiblər? Aydın məsələdir ki, bu məsələdə məhkəmənin “öz mülahizələri” prinsipi işə düşüb.
Vəkil Hüseynzadə Mehti Pəli oğlu Bakı Apellasia Məhkəməsinin Mülki kollegiyasının rəqəmlərlə ehtikarlıq etməsini işin içində olan başqa (!) poçt qəbzi ilə sübuta yetirəcəyi qənaətindədir və bu, baş verərsə, məlum işin hələlik yekun cümləsi olan “Qərardaddan kassasiya şikayəti verilə bilməz” nidası qüvvədən düşəcək.
İndi isə iş üzrə əhəmiyyətli sayılan bir Açıq Məktubu dərc edirik:

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə
Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova
Hal-hazırda Şüvəlan istintaq təcridxanasmda olan Abbasov Altay Əhliman oğlu tərəfindən və Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi - 28 ünvanında yaşayan Quliyeva Xuraman Əhliman qızı tərəfindən
ƏRİZƏ
Hörmətli Ramiz Rzayev, Zakir Qaralov cənablan!
Diqqətinizə çatdırıram ki, Dənyəlov Elsaldar Şahmərədan oğlu ilə Quliyeva Xuraman Əhliman qızı arasında 06.03.2008-ci il tarixində bağlanan borc müqaviləsi və həmin tarixli ipoteka müqaviləsi, digər müvafiq sənədlərlə Quliyeva Xuraman Əhliman qızına imzalanması üçün Dənyəlov Elsaldar tərəfindən deyil, mənim — Abbasov Altay Əhliman oğlu tərəfindən təqdim edilmişdir. Belə ki, mən Dənyəlov Elsaldardan yuxarıda göstərdiyim borc müqaviləsində göstərilən 40 000 (qırx min) AZN məbləğində deyil, 15 000 (on beş min) AZN məbləğində borc pul almış və aramızda olan şifahi razılaşmaya əsasən, həmin məbləğdə pulu ona qaytarıb verdikdən sonra mənim tərəfimdən girov qoyulan bacım Quliyeva Xuraman Əhliman qızının mülkiyyətində olan Bakı şəhəri Ə.Hüseynzadə küçəsində yerləşən 28 saylı ev girovdan çıxarılmalı idi. Mən H Abbasov Altay bacım Quliyeva Xuraman Əhliman qızını inandırdım ki, Dənyəlov Elsaldar Şahmərdan oğlundan borc aldığım 15 000 AZN maliyyə vəsaitini qısa müddət ərzində qaytardıqdan sonra, onun mülkiyyətində olan həmin evi girovdan çıxaracam və o, da öz növbəsində, mənə qardaşı kimi inanıb, mülkiyyətində olan həmin evi 40 000 AZN məbləğində borc müqaviləsi əsasmda girov qoymağa razı olmuşdur. 15 000 AZN məbləğində maliyyə vəsaitini Dənyəlov Elsaldardan borc şəklində aldıqdan, təqribən, 2-3 ay keçdikdən sonra, o, dəfələrlə məndən həmin məbləğdə pulu qaytarmağımı tələb etsə də, lakin həmin vaxtlar maddi imkanım məhdud olduğundan 15 000 AZN maliyyə vəsaitini Dənyəlov Elsaldar Şahmərdan oğluna qaytara bilmədim. Sonuncu dəfə, təqribən 2009-cu ilin fevral ayında Dənəlov Elsaldar növbəti dəfə məndən borcunu tələb edərkən, yenə də ona bildirdim ki, hazırda həmin borcu qavtara bilmirəm və bu səbəbdən də mənə əlavə 2-3 a vaxt verməsini ondan xahis etdikdə, o, cavabında bildirdi ki, o şərtlə sənə 2 ay vaxt verə bilərəm ki, bacın Quliyeva Xuraman sənin adına mülkiyyətində olan girov qoyduğu Bakı şəhəri Ə.Hüseynzadə küçəsində yerləşən 28 saylı evlə bağlı sənə etibarnamə versin və sən o etibarnamənin surətini mənə təqdim et. Mən onun səmimiyyətinə inanıb Quliyeva Xuraman Əhliman qızından mənim adıma 1-2 ay müddətinə onun hüquqlarını müdafiə etməyim barədə mənə etibarnamə verməsini xahiş etdim və bildirdim ki, həmin müddətdə sənin girov qoyduğun, mülkiyyətində olan evi girovluqdan cıxaracam. Bir bacı kimi, o, mənə inanıb 03.04.2009-cu il tarixində mənimlə birlikdə 6 saylı notariat kontoruna gedərək, mənim adıma hüquqlarımı müdafiə etmək üçün 1 ay müddətinə etibarnamə verdi. 03.04.2009-cu il tarixində həmin günün sonunda etibarnamənin surətini Dənyəlov Elsaldar Şahmərdan oğluna təqdim etdim. Dəqiq tarixi adımda deyil, 2001-ci ildə poçt vasitəsi ilə Dənyəlov Elsaldar Şahmardan oğluna ondan borc aldığım 15 000 AZN vəsaitindən 7 000 AZN pul vəsaitini qaytardım və bundan başqa 8700 AZN vəsaitini isə şəxsən özünə təqdim etmisəm. Bu faktı təsdiqləyən şahidlər də var, Dənyəlov Elsaldarla aramızda bağladığımız 15 000 AZN maliyyə vəsaitində şərtləndirdiyimiz kimi, ona cəmi 4 300 AZN məbləğində borcum qalmışdır.
Yalnız, 03.04.2009-cu ildən 9 ildən artıq vaxt keçdikdən sonra bacım Quliyeva Xuraman Əhliman qızını 2018-ci ilin dekabr ayında Yasamal Rayon Məhkəməsinə mənim vasitəmlə Dənyəlov Elsaldar Şahmərdan oğlu ilə borc müqaviləsinin icrasına girov qoyduğu mənəzilə olan mülkiyyət hüququna xitam verilməsi ilə əlaqədar Dənyəlov Elsaldar Şahmərdan oğlunun iddiası əsasında keçirilən növbəti məhkəmə prosesində cavabdeh tərəf kimi Qulieva Xuraman iştirak edərkən məlum olub ki, mənim Dənyəlov Elsaldarla bağladığım 15000 AZN vəsaitinə görə girov qoyduğum Xuramanın mənzilini Dənəlov Elsaldarın məhkəməyə ünvanladığı 27.02.2009-cu il tarixli iddia ərizəsi əsasında Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədova vəzifə səlahoiyyətlərindən sui – istifadə edərək iş üzrə qarşı tərəf kimi nə cavabdeh Quliyeva Xuraman Əhliman qızını, nə də onun səlahiyyətli nümayəndəsi kimi mənim məhkəmə iclasında iştirakımızı təmin etmədən, işin mahiyyəti üzrə bizdən izahat tələb etmədən yalnız Dənyəlov Elsaldarın iddia ərizəsində azdıqlarına inanaraq mənim tərəfimdən girov qoyulan Ə.Hüseynzadə - 28 ünvanında yerləşən mənzilin hərraca çıxarılıb satıması barədə, elə həmin gün – 03.04.2009-cu il tarixli, 2-(004) – 1485/2009 Salı qətnamə qəbul edib!!!
Həmin mülk üzrə iddiaçı Dənyəlov Elsaldar Şahmardan oğlu hərraca çıxarılıb, satılmasını məhkəmədən tələb etdiyi Quliyeva Xuramanın mülkiyyətində olan, yuxarıda qeyd etdiyim ünvanda yerləşən mənzil, mənzillə əlaqədar Quliyeva Xuramının onunla birbaşa deyil, mənim vasitəmlə bağlanan 40 000 AZN məbləğində borca görə deyil, mənə verdiyi 15 000 AZN məbləğində maliyyə vəsaitinə görə girov qoyulub. Bunu dəqiq bildiyi səbəbindən o, Quliyeva Xuraman Əhliman qızına qarşı 40 000 AZN maliyyə vəsaiti məbləğində borc tələbi ilə əlaqədar məhkəməyə müraciət etməli olduğu halda, qəsdən bunu etməmiş, birbaşa borc müqaviləsinin təminatı olan həmin evin hərraca çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşı tərəf kimi nə cavabdeh Quliyeva Xuraman Əhliman qızının, nə də onun səlahiyyətli nümayəndəsi kimi, mənim - Abbasov Altayın mübahisəli evin 40 000 AZN borc müqaviləsinə görə deyil, mənimlə bağladığı 15 000 AZN maliyyə vəsaitinə görə girov qoyulduğunu məhkəmədən gizlətmək məqsədilə, həmin iş üzrə keçirilən məhkəmə iclasında iştirak etməməyimizdə maraqlı olmuş, onun iddia tələbini icraata qəbul edən hakim Südabə Məmmədova da, onun bu cinayətkar niyyətini başa düşərək, onunla cinayətkar əlaqəsinə girərək, o, da bizim məhkəmə prosesində iştirak etməyimizdə, məhkəmə prosesini Mülki Prossesual Məcəlləsinin 9-cu maddəsinin tələbinə uyğun olaraq çəkişmə prnisipi əsasında aparılmasında maraqlı olmamış və nəticədə 03.04.2009-cu il tarixli iş üzrə məhkəmə qətnaməsi 9 il ərzində cavabdeh Quliyeva Xuraman Əhliman qızından gizlədilmişdir, bu faktdan savayı Azərbaycan Respublikası «İcra haqqmda» qanunun 8.2 və 12-ci maddələrinin - qanuni qüvvəyə minmiş məhkəmə qərarları icraya yönəldikdən sonra 2 ay müddətindən gec olmayaraq, müstəsna halda icra müddəti baş icra məmuru tərəfindən bir ay uzadıla bilər. - tələbini Yasamal Rayon İcra Şöbəsinin məmurları kobud şəkildə pozaraq, icra məmuru cənab Aydın Hümbətovun sifarişi ilə 03.04.2009-cu il tarixli, 2 (004) 1485/2009 saylı icra vərəqəsi əsasında 5 il 5 aydan sonra, yalnız, iş üzrə tələbkar Dənyəlov Elsaldar Şahmərdan oğlunun, «Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi» MMC- nin katibi Zülfıyyə Arif qızı Cəfərovanın təşkilatçılığı və həmin cəmiyyətin direktoru Abbasov Ramil Mehman oğlunun iştirakı ilə mübahisə predmeti olan Bakı şəhəri, Ə.Hüseynzadə - 28 saylı mənzil, onun mülkiyyətçisi, iş üzrə cavabdeh Quliyeva Xuraman Əhliman qızının məlumatı, iştirakı olmadan ondan gizli 22.04.2014-ci il tarixində hərraca çıxarılaraq orda alıcı qismində iştirak edən Dənyəlov Elsaldar Şahmərdan oğluna 28684. 50 AZN maliyyə vəsaiti məbləğində satılır! Bu fakt da, həmin mənzillə bağlı hərracın keçirilməsi, valnız, 4 il, 2 ay keçdikdən sonra, yəni, Quliyeva Xuraman Əhliman qızı Yasamal Rayon Məhkəməsində Dənyəlov Elsaldar Şahmərdan oğlunun növbəti iddia ərizəsi ilə əlaqədar dekabr 2018-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edərkən ona məlum olmuşdur. Beləliklə, Bakı şəhəri, Ə.Hüseynzadə - 28 saylı evin hərraca çıxarılaraq 22.09.2014-cü il tarixində satılması faktı da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415, 416-cı maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə mümkün olmuşdur.
Qeyd edilən faktlar təsdiq edir ki, mübahisə predmeti olan Bakı səhəri, Ə.Hüseynzadə - 28 saylı evlə əlaqədar Yasamal Rayon Məhkəməsi 03.04.2009-cu il tarixli, 2 (004) 1485/2009 saylı qətnamə qəbul etməklə və eləcə də 5 il 5 ay keçdikdən sonra, həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar həmin mübahisəli evin 22.09.2014-cü il tarixində hərraca çıxarılaraq satılması faktının nəticəsində Quliyeva Xuraman Əhliman qızının Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 28, 29, 33, 60, 125.7 maddələrində təsbit olunan kontitusion hüquqları kobud səkildə pozulmuşdur.
Hörmətli Ramiz Rzayev, Zakir Qaralov cənabları!
Xahis edirəm:
1. Bakı şəhəri, Ə.Hüseynzadə - 28 saylı ünvanda yerləşən mənzilin iş üzrə iddiaçı Dənyəlov Elsaldar Şahmərdan öğlunun adma sənədləşdirilməsi ilə əlaqədar Quliyeva Xuraman Əhliman qızının mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasını təsdiqləyən yuxarıda qeyd etdiyimiz faktları iş üzrə yeni hal kimi qiymətləndirərək, Azərbaycan Respublikası MPM-in 431-ci maddəsinin tələblərini əldə rəhbər tutub, işin materiallarını Ali Məhkəmənin Plenum baxışına çıxarılması üçün müdaxilə edəsiniz.
2. Dənyəlov Elsaldar Şahmərdan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə cinayət işinin başlanması barədə qərar qəbul edilsin.
Əlavə edilir:
1.Vəkilin orderi;
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.02.2019-cu il tarixli, 2(103) – 2327/2019 saylı qətnaməsinin və həmin saylı 10.12.2019-cu il tarixli qəradadının surətləri.
Hörmətlə,
imzalar: Abbasov Altay Əhliman oğlu,
Quliyeva Xuraman Əhliman qızı
29.12.2019.

OXŞAR XƏBƏRLƏR
free dating site 21 yanvar 2021 05:19
  Жалоба     
online dating free,free dating websites
free local dating sites,free dating online http://freedatingste.com/
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bu gün cənab prezident İlham Əliyevin doğum günüdür!+FOTO!
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası