Azərbaycan İdeyası

Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış

Tarix:3-03-2020, 11:56
Baxış Sayı:95



Nazirlər Kabineti təhsil ocaqlarında dərslərin bir həftəlik dayandırılması ilə bağlı qərar qəbul etdi. Bu, tamamilə doğru addım idi.

Korrupsiya-q.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı qeyd edib.
O bildirib ki, məktəblərdə tətil elan edilməsi qərarından sonra bəzi insanların müxtəlif məkanlara və ya rayonlara getməyi planlaşdırması təhlükəli tendensiyadır:
“Koronavirus təhlükəsi hamını, xüsusən valideynləri narahat edir. Hər kəs övladına görə narahatlıq keçirir. Amma... Məsələnin ən maraqlı, hətta qəribə tərəfi odur ki, məktəblərin bağlanmasını bir çoxları sanki fürsət hesab edir - istirahət, mollar, şəhər gəzintisi üçün şans sayır. Hətta məndə olan məlumata görə, dünən qatarla bölgələrə getmək üçün bütün biletlər bron edilib. Bu, yolverilməzdir. Görünür, bununla bağlı çox ciddi maarifləndirməyə ehtiyac var.
İnsanlar ya anlamır, ya da anlamaq istəmir ki, məktəblərin, bağçaların, hətta ali məktəblərin bağlanması qərarı təhlükə olduğuna görə verilib. Və bu təhlükə yalnız məktəblərdə yox, istənilən kütləvi məkanlarda - mollarda, restoranlarda, kinoteatrlarda var. İnsanlar bunu başa düşməlidir, özlərini və uşaqlarını qorumaq üçün kütləvi yerlərə getməməlidirlər.
Bunu tam ciddiyyəti ilə anlamaq, virusdan maksimum qorunmaq və uşaqları qorumaq üçün bütün vasitələri dəyərləndirmək, qapalı, insanların çox olduğu yerlərə getməkdən çəkinmək lazımdır”.



Axar.az

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı