Azərbaycan İdeyası

Sumqayıtda helikopterlər vasitəsilə dezinfeksiya işləri aparılacaq? - AÇIQLAMA

Tarix:12-03-2020, 15:54
Baxış Sayı:187



Sosial şəbəkələrdə Sumqayıt şəhərinin helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatlar yayılıb.
Korrupsiya-q.az xəbər verir ki, şəhər sakinləri məlumatın nə dərəcədə doğru olub-olmadığını öyrənməyə çalışsa da, aidiyyəti qurumlardan suallarına cavab ala bilməyiblər.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayevlə əlaqə saxladıq. Onun sözlərinə görə, şəhər ərazisində yerləşən inzaibati binalar, məktəb və ali təhsil müəssisələri, xəstəxanalar mütəmadi şəkildə dezinfeksiya edilir:
“Şəhərin gecə saatlarında helikopterlər vasitəsilə havadan dezinfeksiya ediləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir. Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar məktəblərin, bağçaların və yaşayış binalarında dezinfeksiyası işləri aparılır. Şəhərin bütün təhsil və səhiyyə binaları, idarə və müəssisələr, məscidlər, ictimai nəqliyyat vasitələri, binaların blokları dezinfeksiya olunub.
Müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslar hər günün sonunda dezinfeksiya edilir. İnsanlar gigiyenik normalara hər zamankından daha çox diqqət etməlidir. İnsanların sıx toplaşdığı məkanlara getmək tövsiyə edilmir”.

 Sumqayıtda helikopterlər vasitəsilə dezinfeksiya işləri aparılacaq? - AÇIQLAMA

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı