Azərbaycan İdeyası

Abşeronda “Həkim” övladını müayinəyə apardığı ambulatoriyanı soydu - VİDEO

Tarix:28-04-2020, 16:39
Baxış Sayı:79


Abşeronda “Həkim” ləqəbli oğru ələ keçirilib.
Korrupsiya-q.az xəbər verir ki, Mehdiabad Polis Bölməsinə Abşeron rayon Digah qəsəbəsində həkim ambulatoriyasından oğurluq edilməsinə dair məlumat daxil olub.
Hadisənin üstü isti izlərlə açılıb və aparılmış araşdırma zamanı məlum olub ki, oğurluğu elə Digah qəsəbə sakini 30 yaşlı Kazım Cavadov törədib.
Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Bildirib ki, o, övladlarını müayinə etdirmək üçün həmin ambulatoriyaya tez-tez gəlirmiş.
K.Cavadov xüsusi alət və avadanlıqdan istifadə etməklə içəri ön pəncərədən daxil olub. Ordan bir ədəd noutbuk, içərisində lazımi sənədlər olan fləşkart, hərarət, şəkər və təzyiq ölçən aparatlar, müxtəlif dərman preparatları, spirt, çoxsaylı inyeksiya, həmçinin, digər tibbi ləvazimatlar götürüb.
Əvvəllər də eyni maddə ilə bir dəfə məhkumluq həyatı yaşayan Kazım Cavadov bütün bunları özünəməxsus şəkildə izah etməyə çalışıb. O, hətta özünə “Həkim” ləqəbi də verib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı