Azərbaycan İdeyası

“Azərbaycanda məhdudiyyətlər yaya qədər davam edəcək” – Deputatdan AÇIQLAMA

Tarix:30-04-2020, 10:40
Baxış Sayı:70



“Düşünürəm, karantin rejimi mayın 4-dən sonra da davam edəcək. Digər ölkələrin təcrübəsindən istifadə olunmalıdır. Azərbaycanda yumşalmalar mərhələ-mərhələ gedəcək. Bu mərhələlər yaya qədər davam edəcək”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
“Deputat qeyd edib ki, koronavirus pandemiyası ilə bağlı proqnoz vermək olduqca çətindir, ölkələr bir-birilərinə baxıb addım atırlar: “Karantin rejimindən imtina edilməsi, həyatın bərpa olunması çətin olacaq. Virus iqtisadiyyata böyük ziyan vurur. Strateji iş yerləri fəaliyyətini bərpa etməli, sosial məsafə saxlamaqla işlərini həyata keçirməlidirlər. Hələ bu məsələdə konkret qərar yoxdur. Milli Məclisin komitə iclasları onlayn rejimdə keçirilir, sənədlər də elektron verilir. Bu, bizim alışmadığımız məsələlərdir, çətinliklər yaradır. Digər bir məsələyə toxunum, ailə qalıb rayonda, Bakıda tək yaşayıram. Onlar Bakıya gələ bilmir, çalışacam, gətirim. Yəni deməyim odur ki, karantin rejimi hamının həyatına təsir edib. Koronavirus vacib məqamları da üzə çıxardı, intizamın nə dərəcə mühüm olduğu məlum oldu. Baxın, nə qədər insan işsiz kimi qeydiyyata alınmamışdı, bəziləri müqaviləsiz işləyirdilər. Bütün bunlar üzə çıxdı. Təbii ki, bu proses ölkəni silkələyib. Çətinliklər var, banklara krediti olan insanlar kifayət qədərdir, özümün və ailəmin də kredit borcu var. Bizə kredit borcu ilə bağlı yaranmış problemlərlə əlaqədar müraciətlər çox olur. Lombardlarla bağlı xüsusi müraciətim oldu. Vətəndaşlar iki aydır, işləmirlər, lombardlar faizi istəməməlidir. Əgər lombard sahibi ziyana düşərsə, dövlət dəstək verməlidir. Dövlətin dəstəyi olmadan bu işləri yoluna qoymaq çətin olar. Azərbaycanda lombardların fəaliyyəti ilə bağlı müfəssəl qanun yoxdur. Bunların hüquqi tənzimlənməsi mexanizmi olmalıdır”.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı