Azərbaycan İdeyası

DTX-nın həbs etdiyi məmurun restoranının söküntüsü başladı - FOTO

Tarix:14-05-2020, 10:35
Baxış Sayı:74


Bakının mərkəzində, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması Dövlət Xidmətinin həbs olunan rəisi Zakir Sultanova məxsus "Casual Brasserie” kafesinə qanunsuz əlavə edilmiş tikilinin-artırmanın söküntüsü işlərinə başlanılıb.
Korrupsiya-q.az Virtualaz.org-a istinadən xəbər verir ki, bir müddət əvvəl şəhər rəhbərliyinin restoran və kafelərə edilən bütün əlavə artırmaların sökülməsi barədə qərarından sonra, "Torqovı”dakı "Casual Brasserie” yeganə obyekt idi ki, onun geniş şüşəli artırmasına toxunulmamışdı.
Diqqəti çəkən məqamdır ki, Zakir Sultanov rəhbərlik etdiyi qurumun ərazisini genişləndirərəkkən təkcə yolun piyadalar üçün hissəsini ələ keçirməmişdi, üstəlik "İtalyan həyəti” kimi məşhur olan yaşayış binasına keçidi də əngəlləmişdi. Nəticədə evin sakinləri su və qaz sayğaclarına çıxışdan məhrum olmuşdular.
Bildirilir ki, bu gün səhər saatlarında bir qrup fəhlə kafenin yerləşdiyi əraziyə gəlib və tikinti texnikasının köməyi ilə qanunsuz şüşə artırmanı sökməyə başlayıb. O da maraqlıdır ki, artırma bütün tikinti normalarına zidd olaraq inşa edilib. Xüsusilə, bütün kanalizasiya qovşaqları onun altında qalıb. Bu isə fövqəladə hallarda paytaxın kommunal xidmətlərini bu ərazidə şəhər kanalizasiya sisteminə çıxış imkanlarından məhrum etməkdi…

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD