Azərbaycan İdeyası

Eldar Mahmudovun qızı atasını niyə şah obrazında təsəvvür edirdi? -İLGİNC MƏLUMAT

Tarix:3-06-2020, 16:45
Baxış Sayı:76


Xəbər verdiyimiz kimi beynəlxalq araşdırmaçı jurnalistlər qrupu Eldar Mahmudovun övladlarının Böyük Britaniya, Lüksemburq, İspaniya və Litvada 110 milyon dollara yaxın dəyərində mülklərini, obyektlərini və digər aktivlərini aşkar edib.
Beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun araşdırmasında keçmiş milli təhlükəsizlik nazirinin qızı Xuraman Mahmudova ilə bağlı maraqlı epizod yer alır. Bildirilir ki, 2013-cü ildə Xuraman Mahmudova Mayorkada yaşayan rəssam qadından müəllifi olduğu uşaq nağılları kitabına illüstrasiyalar çəkməyi xahiş edir.
İspaniyalı rəssam jurnalistlərə danışarkən anonimliyinin qorunmasını xahiş edib. Bildirib ki, həmin xahişə müsbət cavab verib. Deyib ki, yeni müştərisi-Eldar Mahmudovun böyük qızı haqda o vaxta qədər eşitməmişdi, amma Azərbaycana getmək və nağılların müəllifi barədə daha yaxından öyrənmək təklifini qəbul edib. Müəllif istəyirdi ki, rəssam-illüstrator Mahmudov qardaş və bacılarının obrazında hazırda böyümüş olan üç uşağın fantastik əhvalatlarını təsvir etsin.
Bakıda illüstratoru hər gün görməli yerlərə və muzeylərə aparıblar, rəssam daim mühafzəçilərin əhatəsində olan Xuramanla gəzib dolaşıb. O, Xuramanın uşaqlıqda yay tətilini keçirdiyi babasının və nənəsinin evinə baş çəkib. İllüstrator öz personajları barədə informasiyaları və fotoları cəmləyərək Mayorkaya dönüb. Növbəti il o, Xuramanla adada görüşüb. Deyir ki, Mahmudovlar ailəsi hər il hökmən öz tətillərinin bir hissəsini Mayorkada keçirirdi.
Kitabın təqdimatı 2015-ci ilin martında xarici diplomatların da iştirakı ilə teatr tamaşası kimi keçirilib. Bunun ardınca mərmər döşəməli zalda banket olub, orada Eldar Mahmudov çıxış edib, nüfuzlu Azərbaycan məmurları və onların qlamur xanımlarından ibarət qonaqlara kitabı tərifləyib.
Bütün bunlardan sonra rəssam öz əməyinin qarşılığında, aylarla işləyərək kitaba hər illüstrasiyanı çəkməsinin əvəzində çox aşağı qonorar alanda sarsılır. Xuraman ona deyir ki, pulu öz cibindən verir və daha artıq ödəməyə imkanı çatmır. Ötən il, yəni 2019-cu ildə Xuraman rəssamla yenidən əlaqə saxlayıb və növbəti kitabına illüstrasiyalar çəkməyi xahiş edib. Amma rəssam daha onunla işləmək istəməyib.
Araşdırmada rəssamın Eldar Mahmudovun qızının nağıllar kitabına çəkdiyi illüstrasiyalardan biri təqdim olunur. Burada üç azyaşlı uşaq –iki qız və bir oğlan taxtda əyləşmiş zəhmli orta əsrlər hökmdarının və onun başında tac olan xanımının qarşısında dayanıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır