Azərbaycan İdeyası

Azərbaycanda çölə çıxmaq 5 günlük QADAĞAN EDİLİR? - RƏSMƏN AÇIQLANDI

Tarix:29-06-2020, 15:39
Baxış Sayı:203


Xəbər verdiyimiz kimi, iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Yoluxanların sayını azaltmaq üçün 5 gün müddətinə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Korrupsiya-q.az-ın məlumatına görə, bununla bağlı Sonxeber.az-a danışan baş infeksionist Cəlal İsayev bildirib ki, iyulun 5-nə kimi 8 rayon və şəhərdə sərt karantin rejimi elan edilib:
"Sərt karantin rejimin bitməsinə hələ bir neçə gün var. O müddət tamam olduqdan sonra nəticələrin təhlilinə görə bu barədə qərar verilə bilər. Qaldı ki, sərt karantin rejimi elan olunmasına baxmayaraq gündəlik yoluxmaların sayının 500-dən çox olmasına, virusun kliniki epidemoloji gedişatı bu cür olur. Gah azalır, gah artır. Əlbəttə bu məsələdə insanların məsuliyyətli olması vacibdir. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdır.Təəssüf ki, bəzi insanlarımız Operativ Qərargahın qoyduğu qərarlara və verdiyi tövsiyələrə barmaqrası baxır. Əgər biz karantin rejiminin müsbət nəticəsini görmək istəyiriksə, o zaman qoyulan qaydalara verilən tövsiyələrə əməl etməliyik".

OXŞAR XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Sərbəst güləşçilərimizin dünya çempionatında rəqibləri müəyyənləşib
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Kolleclərə ixtisas seçiminin tarixi AÇIQLANDI
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Pakistanın şimalında nəzarət məntəqəsinə silahlı hücum: 26 nəfər həlak olub
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Məktəblərdə təmir işlərinə 4 milyon manatdan çox vəsait ayrılır
Prezident Mərakeş kralını təbrik edib
Prezident Mərakeş kralını təbrik edib
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açılır - Dərinləşən strateji müttəfiqlik
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı
Türkiyədə bələdiyyə sədri olan tanınmış aktyor saxlanıldı - Korrupsiya ittihamı