Azərbaycan İdeyası

“Sosial şəbəkələrdə yanlış informasiyalar yaymaqla insanların ürəklərinə şübhə toxumu səpirlər...”

Tarix:1-07-2020, 16:37
Baxış Sayı:179


“Amma çox təəssüflər olsun ki, bəzi hallarda sosial məsuliyyəti az olan insanlar tərəfindən karantin rejiminin tələbləri yerinə yetirilmədiyinə görə biz hələ də pandemiyanın yayılmasında artım statistikasıyla üz-üzə qalırıq. Bu isə çox qorxuldur”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Millət vəkili pandemiyadan qorunmaq üçün hər bir vətəndaşımızın qaydalara riayət etməsinin vacibliyini vurğulayıb:
“Karantin rejiminin uzadılmasıyla bağlı qəbul edilən qərar koronavirus pandemiyasının ölkəmizdə yaratdığı reallıqla əlaqədardır. Buna qarşı mübarizə aparmaq üçün Azərbaycan dövləti bütün tədbirləri həyata keçirir. Amma çox təəssüflər olsun ki, bəzi hallarda sosial məsuliyyəti az olan insanlar tərəfindən karantin rejiminin tələbləri yerinə yetirilmədiyinə görə biz hələ də pandemiyanın yayılmasında artım statistikasıyla üz-üzə qalırıq. Bu isə çox qorxuldur. Söhbət millətimizin ümumi sağlamlığından gedir və tendensiyanın qarşısı alınmasa, daha pis vəziyyətlə üzləşə bilərik. Ona görə də karantin rejiminin uzadılması, sosial məsafənin qorunması, sosial özünütəcridə riayət edilməsi hələlik vəziyyətdən yeganə çıxış yoludur, necə ki, dünya praktikasında da pandemiyadan yayınmaq üçün metodlar bundan ibarətdir. Düşünürəm ki, bəzi hallarda Azərbaycan vətəndaşlarının inamsızlığı və yaxud pandemiyanın olub-olmamasıyla bağlı onlardakı şübhələr nəticə etibarilə ümumi mübarizədə işimizi efektsiz edən səbəblərin başında gəlir. Çünki sosial şəbəkələr və ayrı-ayrı fərdlər bəzən yanlış informasiyalar yaymaqla insanların ürəklərinə şübhə toxumu səpirlər. Belə olan halda nəticə etibarilə ümumi gücümüzü səfərbər edib Kovid-19-a qarşı mübarizə apara bilmirik. Bu isə əsla yolverilməzdir. Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qorumaq üçün müxtəlif metodlara əl atır və onlardan biri də karantin rejiminin uzadılmasıdır, bu isə çox vacib və yerində olan bir qərardır. Amma bir şeyi də unutmamalıyıq ki, nə qədər ki, hər birimiz koronavirusun həyatımız üçün real təhlükə yaratdığını dərk etmirik, bir o qədər də pandemiyanın yayılması artan dinamikayla inkişaf edəcək. Ona görə də bir daha özümüzü, cəmiyyətimizi və yaxınlarımızı qorumaq üçün mütləq verilən qərarlara riayət etməliyik”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı