Azərbaycan İdeyası

Azərbaycanda fövəqəladə vəziyyət elan olunacaq? - MİLLƏT VƏKİLİ

Tarix:24-06-2020, 15:51
Baxış Sayı:282


"Ölkədə o zaman fövqaladə vəziyyət elan edilə bilər ki, virusa yoluxanların sayı bötövlükdə ölkəni əhatə etsin".
Bu sözləri Redaktor.az-a millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, hazırda tətbiq edilən sərt karantin rejimi vəziyyətə uyğundur:
“Virusa yoluxanların əksəriyyəti bu gün karantin rejimi tətbiq edilən zonalardadır. Düzdür, hazırda gündəlik yoluxma sayında artım müşahidə olunur, amma bu, o demək deyil ki, fövqaladə vəziyyət elan edilməlidir. Yoluxma sayının arması aprel ayının sonunda karantin rejiminin yumşaldılması ilə bağlıdır. Mart-aprel aylarında gündəlik 60-70 yoluxma qeydə alınırdı. Bu baxımdan düşünürəm ki, hazırda tətbiq edilən xüsusi karantin reşimində də yoluxma sayı yenidən bu səviyyəyə düşəcək". Millət vəkili həftəsonları tətbiq edilən xüsusi karantin rejiminin effektsiz olduğunu bildirib:
“Həftəsonu qadağaları öz səmərəsini vermədi. Dünya, o cümlədən Azərbaycan ilk dəfədir ki, belə bir ağır virusla qarşı-qarşıyadır. Demək olar ki, təcrübə günün nəticəsinə görə əldə edilir. Virusla mübarizədə bütün vasitələrdən, beynəlxalq təcrübələrdən istifadə etməkdə fayda var. Düzdür, bəzən bu təcrübələr effektsiz ola bilər, amma başqa yol da yoxdur”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı