Azərbaycan İdeyası

İyulun 20-dən sonra toyların keçirilməsinə icazə veriləcək? - Baş infeksionistdən AÇIQLAMA

Tarix:8-07-2020, 15:55
Baxış Sayı:178


Xəbər verdiyimiz kimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilir. İyulun 20-dən sonra karantin rejiminin mərhələli şəkildə yumşaldılması gözlənilir. İyulun 20-dən sonra Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?
Kxəbər verir ki, bununla bağlı Azərbaycanın baş infeksionisti Cəlal İsayev bilirdirib ki, gənclərimiz ömürlərində bir dəfə toy edirlər:
"Mən inanmıram ki, onlar toylarında 50 nəfərin iştirak etməsinə razı olsunlar. Ən önəmlisi isə tələb olunan sosial məsafə qorunsun. Türkiyədə toylarda 1 metr ağac tutub ara məsafəsi qoyaraq yallı gedirlər. Əlbəttə buna heç kim razı olmaz. Məcbur olan kiçik məclis düzəldə bilər. Əlbəttə orada təhlükə var. Onda da gərək tələb olunan qaydalar gözlənilsin. İnanmıram ki, iyulun 20-dən sonra toyların keçirilməsinə icazə verlsin. Gənclər səbrli olub bir az da gözləsinlər. Vəziyyət stabilləşəndən sonra toylarını etsinlər. Çünki koronavirusun daha çox yayıldığı yerlər toy və yas mərasimləridir. Kütləvi şəkildə insanlar bir yerə toplaşır. İnsanlar toyda maskadan istifadə etməyi yaddan çıxararlar. Bu gün çoxusu elə yasda yoluxurlar. Ona görə də tezliklə toyların keçirilməsinə icazə veriləcəyini güman etmirəm".(sonxeber.az)

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı