Azərbaycan İdeyası

Məktəblərlə bağlı önəmli AÇIQLAMA

Tarix:24-09-2020, 10:50
Baxış Sayı:60




Bu il 1-ci siniflər üçün nəzərdə tutulan, Təhsil Texnologiyaları Mərkəzi tərəfindən nəşr edilən iş dəftərlərinin satışı əvvəlki illərdən daha aşağı qiymətə Azərpoçtlarda həyata keçirilir.
Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bununla da ölkə üzrə təhsilalanlar üçün vəsaitin münasib qiymətə əlçatanlığı təmin olunur.
Respublika üzrə yaşayış məntəqələrinə uyğun olaraq poçt məntəqələri fəaliyyət göstərir. Hazırda tədris ilinin yeni başlaması səbəbindən qeyd olunan iş dəftərlərinə tələbat çoxdur.
Məlumat üçün bildiririk ki, iş dəftəri dərslik komplektinin ayrılmaz tərkib hissəsidir.
Dərslikdə verilmiş məzmunun şagirdlər tərəfindən daha dərindən mənimsənilməsi üçün iş dəftərində tətbiqi xarakterli sual və tapşırıqlar verilir.
Qazanılmış bilik və bacarıqların təkmilləşdirilməsi, praktik vərdişlərin formalaşdırılması üçün bu vəsait xüsusi əhəmiyyət kəsb edir.
Məsələn, Azərbaycan dilində yazı bacarıqlarının formalaşdırılması, riyaziyyatda misal və məsələlərin həlli üçün iş dəftərinin rolu əvəzedilməzdir. Bu vəsait eyni zamanda gündəlik qiymətləndirməyə, təlim prosesinin monitorinqinə və şagirdin inkişaf dinamikasının izlənilməsinə imkan verir.
Qeyd edək ki, ötən gün mövzu ilə bağlı “Məktəblilərin “iş dəftəri” problemi” adlı yazıda ətraflı məlumat vermişdik.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı