Azərbaycan İdeyası

Ağcabədi rayon orta məktəbin direktoru: “Biz qələbəyə inanırıq”

Tarix:8-10-2020, 10:55
Baxış Sayı:88

“Düşmən tərəfindən intensiv atəşə tutulan Ağcabədi rayonunda hər şey qaydasındadır. Əhali öz evlərində, yaşayışımız öz qaydasındadır. Əsgərlərimizdən qələbə xəbərini gözləyirik”.
Bu sözləri Ağcabədi rayon 1 nömrəli orta məktəbin direktoru Səadət Kazımova deyib. O bildirib ki, məktəbin müəllimləri, rayonun sakinləri hər kəs öz evindədir:
“Biz illərdir düşmənin atəş səslərinə öyrəşmişik. Bu bizi qorxutmur. Əhalidə ruh-yüksəkliyi var. Ali Baş Komandanımıza inanırıq, güvənirik. Bu gün Ağcabədini heç kim tərk etmir, etməyəcək də. Hər kəs qələbəyə inanır. Baxmayaraq ki, düşmən atəşinə məruz qalır, amma Ağcabədidə heç bir problem yoxdur”.
S.Kazımova deyir ki, bu gün hər kəsin əlində üçrəngli şanlı bayrağımız var:
“Əsgərlərimiz bu gün hər şeylə tam təmin olunublar. Əhali də onlara dəstək olmaq üçün daim müsbət əhval-ruhiyəyə köklənir. Bu gün o əsgərlərin hər biri mənim balamdır. Biz hamımız cəbhədəki oğulların anasıyıq. Onlar üçün dua edirik. Tezliklə Azərbaycanın işğal altında olan bütün torpaqları işğaldan azad olunacaq”.(oxu.az)
Son xəbər! Hava limanında 74 kiloqram pulu olan adam tutuldu

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?