Azərbaycan İdeyası

Azərbaycan ordusu 24 günə Ermənistana illik büdcəsi qədər ziyan vurub

Tarix:21-10-2020, 15:08
Baxış Sayı:63


Bir ölkənin müharibəyə başlaması üçün həmin ölkədə ilk növbədə siyasi sabitlik, sosial-iqtisadi stabillik, maddi resursların dayanıqlı və davamlı olması, eyni zamanda, həyat səviyyəsinin ən azından orta səviyyədə olması gərəkdir. Yalnız belə olan halda, ölkə müharibənin fəsadlarından az təsirlənə bilər. Bütün bu sadalananlara sahib ölkə hərbi bazasına hərtərəfli şəkildə müdafiəni və hücumu təmin edə bilməsi üçün əlavə vəsait ayıra bilər.
Ermənistan isə bu sadalananları əməli şəkildə yerinə yetirə bilməsi üçün kifayət qədər resursa malik deyil. Ölkə müstəqillik əldə edəndən sonra sosial-iqtisadi vəziyyətini heç kafi dərəcədə də bərpa edə bilmədi, nəticədə 2018-ci ildə Ermənistanda siyasi vəziyyət qarışdı və kütləvi çıxışlar, etiraz aksiyaları ölkənin bütün sahələrinə təsir etdi. Çünki, iqtisadi stabillik üçün ilk növbədə siyasi sabitlik əldə edilməlidir.
Nikol Paşinyanın Baş nazirliyi dövründə xalqa sosial rifahı təmsil edən müxtəlif vədlər verildi, bu vədlərin çox kiçik bir qismi təmin edildi. Ekspertlərin fikrincə bu, istənilən nəticə vermədi və əhalinin gəlirlərində gözlənilən artım baş vermədi. Eyni zamanda, ölkə rəhbərliyi pandemiya ilə mübarizəyə adaptasiya ola bilmədi və bununla əlaqədar ölkə son 10 ilin ən ağır iqtisadi böhranını qədəm qoydu.
27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan ordusunun başladığı əks-hücum əməliyyatları zamanı düşmənin mühüm hərbi texniki infrastrukturu məhv edildi. Belə ki, müharibənin ilk dörd günü ərzində ordumuz düşmənin 1 milyard 200 milyon ABŞ dollarından çox qiyməti olan hərbi texnika və sursatı məhv etdi.
Artıq ilk 24 gündə Azərbaycan ordusu tərəfindən məhv edilən və qənimət kimi götürülən ermənilərin silah və texnikasının ümumi dəyəri 2,4 milyard dollardan çoxdur.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin deputatı Vüqar Bayramov məlumat verib.
Onun sözlərinə görə, bu, Ermənistanın 2 milyard dollarlıq valyuta ehtiyatlarından artıq olmaqla yanaşı işğalçı ölkənin ümumi büdcə gəlirləri qədərdir. Bununla da artıq müharibənin ilk 24 günündə Ermənistana illik büdcə gəlirləri qədər ziyan vurulub.
O qeyd edib ki, əgər həmin silahlar kasıb Ermənistana borc olaraq verilibsə, o zaman işğalçı ölkənin ümumi xarici borcu 10 milyard dolları keçəcək. Bu isə xarici borcun ümumi daxili məhsulun 80 faizinə yaxınlaşmasına səbəb olacaq.
Xatırladaq ki, 20 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində düşmənin məhv edilən və qənimət götürülən hərbi texnikası geniş kütləyə bəyan edilib.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!