Azərbaycan İdeyası

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi

Tarix:16-07-2019, 11:15
Baxış Sayı:171

KORRUPSİYA-Q.AZ

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir.

Unikal.org xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən bildirib.

Sülhsüz inkişaf olmadığını vurğulayan Ə.Əhmədov beynəlxalq ictimaiyyəti münaqişələri həll edərək sülhü bərqərar etməyə səsləyib. Baş Nazirin Ə.Əhmədov Qarabağ münaqişəsi həllini tapmasa belə, Azərbaycanın Dayanıqlı İnkişaf hədəflərilə bağlı təhsil, səhiyyə, sosial təminat, məşğulluq, xüsusilə də qaçqın və məcburi köçkünlərin məşğulluğu sahəsində bir sıra tədbirləri həyata keçirə bildiyini qeyd edib.

Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, orta və kiçik sahibkarlığın dəstəklənməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran natiq 2025-ci ilədək sosial-iqtisadi inkişaf, təhsil kimi sahələrdə əlavə tədbirlər görüləcəyini bildirib.

Xatırladaq ki, BMT-yə ikinci milli məruzəni təqdim etməyə yalnız 14 ölkənin haqqı var.

OXŞAR XƏBƏRLƏR
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Zabil Qəhrəmanov hakim qarşısına çıxarılıb
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
“Qalib Xalqın Ruhnaməsi” – AMEA Mərkəzi Elmi Kitabxanasında Sabir Hüseynov və Pünhan Şükürün yeni kitabları təqdim olunub
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı artıb
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Rəşad Sadıqov: "Rəqibimizin gücünə bələdik"
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Bakı-Tbilisi qatarına bilet satışındakı problemin səbəbi AÇIQLANDI
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir
Korrupsiya və Qanun qəzetinin redaksiya heyəti təbrik edir