Azərbaycan İdeyası

Azərbaycanda bir yaşınadək ölən uşaqlar- SAYLARI VƏ SƏBƏBLƏRİ

Tarix:4-11-2020, 13:14
Baxış Sayı:80


Ötən il Azərbaycanın şəhər və rayonları üzrə 1 yaşadək ölən uşaqların sayına görə Bakı şəhəri üstünlük təşkil edib.
Korrupsiya-q.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, paytaxt üzrə ötən il bir yaşına çatmadan ölən uşaqların sayı 433 olub.
Abşeron iqtisadi rayonu üzrə bu rəqəm 137, Gəncə-Qazax iqtsadi rayonu üzrə 135, Şəki-Zaqatala üzrə 105, Lənkəranda 101, Quba-Xaçmaz iqtisadi rayonu üzrə cəmi 97, Aran iqtisadi rayonu üzrə 377, Yuxarı Qarabağ üzrə 51, Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 20, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 85, Naxçıvan Muxtar Respublikası üzrə cəmi 16 uşaq təşkil edib.
Ötən il ümumillikdə ölkə üzrə bir yaşına çatmadan ölən körpələrin sayı 1557 nəfər olub. Onlardan 1144-ü şəhər, 413-ü kənd yerlərinin payına düşüb.
Statistikaya əsasən, 1958-ci ildən başlayaraq 2006-cı ildədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.
Bu yaş qrupunda olan uşaqlar arasında ölümün əsas səbəblərinə gəlincə, perinetal dövürdə meydana çıxan bəzi hallardan (1002), anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozuntuları (149), sinir sistemi xəstəlikləri (101) və tənəffüs sisteminin xəstəlikləri (153) üstünlük təşkil edir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?