Azərbaycan İdeyası

Nazirlikdən əsgər ailəsi ilə bağlı AÇIQLAMA

Tarix:13-11-2020, 16:49
Baxış Sayı:59


Binəqədidə yaşayan əsgər ailəsinin sosial durumu ilə bağlı Facebookda paylaşılan məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları həmin ünvanda olublar. Əsgərimiz – Səda Kərimovun anası Raya Abbasova və qardaşı Təbriz Kərimovla görüşüblər.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb. O bildirib ki, ailə üç nəfərdən (iki oğul və ana) ibarətdir, bir oğul S.Kərimov hərbi xidmətdədir, hazırda evdə digər qardaşla anası yaşayır.
"Ana və oğul əmək qabiliyyətli olsalar da, işləmədikləri nəzərə alınmaqla, R. Abbasovaya daimi iş yeri, yaxud kiçik biznesini qurmaq üçün özünüməşğulluq proqramı, habelə aylıq 250 manat təqaüd ödənilən peşə hazırlığına cəlb olunmaq təklif edilib. R.Abbasova səhhəti ilə əlaqədar olaraq işləmək istəmədiyini, lakin peşə hazırlığına cəlb edilmək barədə fikirləşəcəyini deyib. Təbrizə isə Kondisioner Zavodunda aylıq əməkhaqqı 450 manat olan operator işi təklif edilib. Lakin Təbriz ona təklif olunan başqa bir işdə (avtomobil temiri sexində yağlama ustası) çalışacağını bildirib. Ailəyə ərzaq yardımı təqdim edilib.
S.Kərimov da əsgərlikdən qayıtdıqdan sonra ixtisasına, əmək bacarığına uyğun işlə təminatına köməklik göstəriləcək.
Məlumat üçün qeyd edim ki, qanunvericiliyə əsasən Nazirlik yalnız şəhid ailələrini və müharibə əlillərini mənzil və ya fərdi evlə təmin edir".

Metbuat.az

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama