Azərbaycan İdeyası

Evi tərk edən COVID-19 xəstələrinə cinayət işi açıldı - FOTO/VİDEO

Tarix:4-12-2020, 14:07
Baxış Sayı:112



Xətai və Abşeron rayonlarında yaşayış yerini qanunsuz tərk edən aktiv COVID-19 virusunun daşıyıcıları barədə cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Yaşayış yerini qanunsuz tərk edərək, COVID-19 virusunun daha geniş yayılmasına şərait yaradan bu virusun aktiv daşıyıcılarına qarşı profilaktik tədbirlər polislər tərəfindən davam etdirilir.
Belə ki, paytaxtın Xətai rayonunda yaşayan Ceyhun Səmədov bu virusun daşıyıcısı olduğu üçün o, ev şəraitində müalicəyə cəlb olunub. Evdə özünü təcrid etməli olan bu şəxs sanitar-karantin qaydalarını pozaraq, ictimaiyyət arasına çıxdığı üçün Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və evə qaytarılıb.
Analoji tədbirlər Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.
Belə ki, bu tədbirlər zamanı koronavirus xəstələri olan paytaxt sakini Ruslan Əliyev və Saray qəsəbəsində yaşayan Fərhad Məmmədov yaşadıqları evləri tərk etdikləri üçün Abşeron RPİ-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediliblər. Bu şəxslərə evdə müalicə təyin edilib və onlara yaşadıqları yeri tərk etmək qadağan edilib.
Hər üç şəxs barəsində Abşeron və Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Bir daha evdə məcburi müalicəyə cəlb olunan aktiv koronavirus xəstələrindən sanitar-karantin qaydalarına əməl edərək, müalicə müddəti bitənədək məzillərini tərk etməmək tələb olunur. Əks təqdirdə, həmin şəxslər polis əməkdaşları tərəfindən məsuliyyətə cəlb ediləcəklər.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?