Azərbaycan İdeyası

Bu xəstəliyi olanlar koronavirusdan daha tez ölür

Tarix:11-12-2020, 13:11
Baxış Sayı:109


"Koronavirus şübhəsi olan hər hansı bir şəxsdə şəkərli diabet, hipertoniya, 3-cü dərəcə piylənmə, obliterasiyaedici endarterit, vaskulit və digər damarların zədələnməsi, ağır qaraciyər, böyrək, ürək çatışmazlığı, bəd xassəli şişlər və immun sistemin zəifləməsi ilə müşayiət edilən xəstəliklər (məsələn orqan köçürülməsi-transplantasiya) varsa, dərhal təcili yardıma, poliklinikanın sahə həkiminə, qaynar xəttlərə məlumat verib, hospitalizasiya, stasionar müalicə xəstəxanasında yatırılmasını tələb etsin".
Bu sözləri Redaktor.az-a həkim-radioloq Aydın Əliyev deyib. O, koronavirusa yoluxan və müəyyən xəstəlikləri olan şəxslərin ağırlaşma ehtimalının daha çox olduğunu bildirib:
"Karonavirusa yoluxan şəkərli diabet, hipertoniya, obliterasiyaedici endarterit, vaskulit və digər damarların zədələnməsi xəstəlikləri olan şəxslərdə ağırlaşma riski daha yüksəkdir. Diqqət edin, virusdan ən çox həyatını itirən xəstlər şəkərli diabet olanlardır. Çünki virusdan əvvəl də onların damarlarında problem olur, üstünə virus gəldikdə tromblaşma ehtimalı artır. Bu baxımdan, yuxarıda saydığım xəstəlikləri olan şəxslər mütləq şəkildə xəstəxanalara yerləşdirilməlidir. Evdə müalicə yolverilməzdir. Xəstəxanlarda qan analizi verib, ona uyğun şəkildə müalicə aparılmalıdır. Mütləq şəkildə isə müalicəni sırf koronavirus xəstələri ilə işləmiş, bu sahədə ixtisaslaşmış həkimlər aparmalıdır. Əks halda bu sahədə təcrübəsi olmayan həkimin müalicəsi effektsiz, hətta daha ciddi problemlərə yol aça bilər".

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı