Azərbaycan İdeyası

Ağciyər İnstitutunda iki nəfər ölüb

Tarix:11-03-2020, 15:38
Baxış Sayı:171


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha iki nəfər ölüb.
Korrupsiya-q.az xəbər verir ki, hər iki ölüm faktı ötən gün qeydə alınıb.
Xəstələrdən biri - 1986-cı il təvəllüdlü xanım martın 10-u saat 13:30-da ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Xəstə “hər iki ağciyərin pnevmoniyası” diaqnozu ilə I Reanimasiya şöbəsinə yerləşdirilib. Ona vəziyyətinə uyğun olaraq müalicə təyin edilib.
Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, həmin gün saat 20:30-da “kəskin ağciyər-ürək çatışmazlığı, iki tərəfli ağır gedişli pnevmoniya” diaqnozu ilə xəstənin bioloji ölümü gerçəkləşib.
Digər xəstə isə 1999-cu il təvəllüdlü olub. O, ETACXİ-yə martın 6-da saat 15:20-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında ağır vəziyyətdə daxil olub. Xəstə “ağciyər vərəmi, şəkərli diabet I tip” diaqnozu ilə II Ağciyər vərəmi şöbəsinə yerləşdirilib. Vəziyyəti pisləşdiyindən xəstə martın 10-u saat 04.00-da II Reanimasiya şöbəsinə köçürülüb.
Aparılan reanimasion müalicə tədbirlərinə baxmayaraq, “kəskin ağciyər-ürək çatışmazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma və sağa səpələnmə ilə, şəkərli diabet I tip, ağır forma” diaqnozu ilə xəstənin ötən gün saat 21:05-də bioloji ölümü qeydə alınıb.
Ölüm hadisələrini Oxu.Az-a ETACXİ-dən təsdiqləyiblər.

Bildirilib ki, ölüm hadisələri ilə bağlı ərazi üzrə rayon prokurorluğu və polis idarəsi məlumatlandırılıb.

OXŞAR XƏBƏRLƏR
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
Qəfil ürək ölümləri artır: Kardioloq SƏBƏBLƏRİ AÇIQLAYIR
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in bıçaqlanan əməkdaşının SON DURUMU
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
TƏBİB-in xanım işçisi BIÇAQLANDI - YENİLƏNİB
Təşvişə düşməyin! - Xəbərdarlıq
Təşvişə düşməyin! - Xəbərdarlıq
Putin sabah ad gününü necə keçirəcək?
Putin sabah ad gününü necə keçirəcək?
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi
14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi