Azərbaycan İdeyası

Gələn həftə "sms icazə" sisteminin ləğvi ilə bağlı AÇIQLAMA

Tarix:6-01-2021, 12:44
Baxış Sayı:85


Xəbəri verdiyimiz kimi Azərbaycanda koronavirusa yoluxanların sayı 7-8 dəfə azalıb. Belə ki, gündəlik yoluxanların sayı 4000-dən 300-ə düşüb. Qeyd edək ki, yoluxmaların sayı kəskin artdığına görə dekabrən 1-dən yanvarın 18-nə kimi ölkə ərazisində karantin rejimi daha sərtləşdirilərək "sms icazə" sisteminə keçirilib. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə gələn həftədən "sms icazə" sistemi ləğv edilə bilərmi?
Metbuat.az xəbər verir ki, bununla bağlı danışan tibb professoru Adil Qeybulla bildirib ki, ümumiyyətlə planda var ki, yoluxanların sayı templə azalmağa doğru gedərsə, karantin rejimində müəyyən yumşalmalara gedilsin:
"Əlbəttə bunun üçün gündəlik yoluxmaların sayında azalma dinamikasının davamlı olması vacibdir. Eyni zamanda vaksinasiyanın da başlanılması gözlənilir. Əlbəttə vaksinasiyanın nəticəsini qısa müddət ərzində görmək mümkün deyil. Ən azı 42 gün immunitetin formalaşması üçün zaman lazımdır. Vaksinasiyadan əlavə gələcək immunitetin formalaşması və gündəlik yoluxanların sayındakı azalma tendensiyasının davam etməsi,sərt karantin rejiminin yumşalmasına , o cümlədən "sms icazə"nin ləğv edilməsinə gətirib çıxara bilər. Hər şey mövcud vəziyyətdən asılı olacaq".(Sonxeber.az)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?