Azərbaycan İdeyası

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı AÇIQLAMA - FOTO

Tarix:6-01-2021, 13:22
Baxış Sayı:78


Daxili İşlər Nazirliyi dünən Bakıda toplaşan bir neçə şəhid ailəsinə qarşı polis əməkdaşlarının kobud davranması haqda sosial şəbəkələrdə yayılan məlumata münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən Səbail rayon ərazisində bir qrup şəhid valideynləri ilə orada xidmətdə olan polis əməkdaşları arasında, çox təəssüf ki, xırda insident yaşanıb: "Məsələ dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Hazırda bununla əlaqədar araşdırmalar aparılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Bununla belə, həmin vaxt bir polis əməkdaşının işlətdiyi xoşagəlməz ifadəyə görə orada olan şəhid ailələrindən üzr istəyir və səbirli olmalarını xahiş edirəm.
Rəhbərliyin tapşırığına əsasən, nazirliyin əməkdaşları həmin şəhid ailələrinə baş çəkərək yerindəcə problemləri ilə maraqlanacaqlar”.
Qeyd edək ki, şəhid anası övladının Qaradağ rayonunda kənar bir qəbiristanlıqda dəfn olunmasına etiraz edib.

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağlı AÇIQLAMA - FOTO

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı