Azərbaycan İdeyası

Qanunsuz ov edən şəxslər cəzalandırıldı

Tarix:13-01-2021, 11:04
Baxış Sayı:54


Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin, Lənkəran və Astara rayonlarının Xəzər dənizi sahillərində, Ağcabədi rayonunun daxili su hövzəsində, Mingəçevir, Şəmkir su anbarlarında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerlərin Şəmkir rayon sakini Abbas Abbasov, Astara şəhər sakinləri Əsgər Abdullayev, Mehman Xocaxanov, Lənkəran rayon sakinləri Ramiz Qulamov, Samir Əsədullayev, İlkin Qulamov, Mingəçevir şəhər sakinləri Füzuli İlyasov, Tural Allahverdiyev, Yevlax rayon sakini Səyyar Ağayev, Sumqayıt şəhər sakini Rəhman Hüseynov, Bakı şəhər sakini Sevda Hüseynova, Xızı rayon sakini Sultan Hüseynov olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb.
B.Məhəmmədov onu da bildirib ki, ayrı-ayrı inzibati rayonların ərazisində qanunsuz ov edən İmişli rayon sakini Zaur Ələkbərov, Şəki rayon sakini Əfqan Hidayətov və Ağstafa rayon sakini Rufin Gülümcanov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı