Azərbaycan İdeyası

Tarını silaha dəyişərək Vətən müharibəsində iştirak edən şəhidimiz

Tarix:15-01-2021, 13:23
Baxış Sayı:99


Ağdam, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşularaq Vətən müharibəsində iştirak edib. Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib.
Şəhidin atası Azim Quliyev oğlunun vətənpərvər gənc olduğunu, Vətən müharibəsində böyük ruh yüksəkliyi ilə döyüşdüyünü deyib: “Elvin 2018-ci ildə kollecə qəbul oldu. 2019-cu ildə könüllü olaraq hərbi xidmətə getdi. İstəyirdi ki, hərbi xidməti başa vurduqdan sonra təhsilini davam etdirsin. Konservatoriyaya da qəbul olmaq istəyirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Böyük ruh yüksəkliyi ilə döyüşürdü. Döyüş yoldaşları onun qorxmaz, cəsur əsgər olduğunu, sərrast atəş açdığını bildirirlər. Deyirdi ata, düşmən qaçır. Tezliklə qələbə qazanacağıq. Oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid oldu".
Elvinin arzusu cəbhədən qayıtdıqdan sonra Konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verdi gənc musiqiçi.
Anası Gülbəniz Quliyeva da onun musiqi sahəsi üzrə istedadlı olduğunu deyir: “Elvin uşaqlıqdan hamının sevimlisi idi. Çox ağıllı, tərbiyəli, nümunəvi uşaq olub. Musiqiyə böyük maraq göstərirdi. Tar ifaçılığı üzrə fitri istedada malik idi. Böyük arzuları vardı. Arzuları yarımçıq qaldı. Bizim üçün çox ağırdır, amma onunla fəxr edirik. Ucadan ucadır, zirvədədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Könül Quliyeva qardaşı ilə bağlı şirin xatirələrinin olduğunu deyir: “Məktəbə bir gedib-gələrdik, dərslərimdə həmişə mənə köməklik edirdi. Nə çətinliyim olsa, yanımda olardı. Həmişə bir-birimizlə dərdləşərdik. Sanki dost idik. Şəhid olandan sonra dəfələrlə yuxuma girib, mənə təsəlli verib”.
Şəhid Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medallarla təltif edilib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı