Azərbaycan İdeyası

Artıq bu maddələr də narkotik sayılacaq: Siyahı artdı

Tarix:15-01-2021, 13:50
Baxış Sayı:64



Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb.

Bu, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daha ikisi əlavə edilib:

- (1S, 5R, 13R, 17R) – 10, 14-dimetoksi-4-metil-12 oksa- azapentasiklo

- Propanidid.

Eyni zamanda Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına daha ikisi əlavə edilib:

- N-hidroksi-2-(difenilmetilsulfinil) asetamid (adrafinil)

- Dekstrometorfan.

Həmçinin qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı artıb. Belə ki, daha 17 psixotrop maddə siyahıya əlavə edilib.

Eyni zamanda, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinı vı istehsalına lisenziya tələb olunan prekursorların sayı da artır.

Aşağıdakı prekursorların Azərbaycanda idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunması təklif edilir:

- Alfa-fenilasetoasetamid (APAA)

- Alfa-fenilasetonitril (APAAN)

- 4 – Anilino – N – fenetilpiperidin (ANPP)

- N-fenetil-4-piperidinon

- 3,4-MDP-2-P metil qlisidat (PMK glycidate)

- 3,4- MDP-2-P metil qlisidik turşusu (PMK glycidic acid). (apa)

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı