Azərbaycan İdeyası

Düşməndən alınan ilk posta girən qəhrəmanımız - FOTO

Tarix:22-01-2021, 10:36
Baxış Sayı:92


Vətən müharibəsinin qəhrəmanlarından biri də 35 yaşlı Rahibdir.
Korrupsiya-q.az axar.az-a istinadən xəbər verir ki, şəhidimiz mayor Babayev Rahib Bəxtiyar oğlu 19 iyun 1985-ci ildə Şahbuz rayon Külüs kəndində anadan olub.
İlk təhsilini kənd məktəbində alıb, daha sonra Naxçıvan şəhər 14 nömrəli məktəbdə təhsilini davam etdirib.
1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2002-2006-cı illərdə Heydər Əliyev adına ali hərbi məktəbdə hərb sənətinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq, hərbçi kimi xidmətə başlayıb.
Yoldaşı Aygün xanım danışır ki, Rahibin ilk komandiri Polad Həşimov olub:
"Həmişə fəxrlə deyərdi ki, Polad Həşimov mənim komandirim olub. 18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu.
Nədənsə Kəlbəcər rayonunu daha çox sevirdi. Bəlkə də bu rayonun azadlığını görmək onun ən böyük arzusu idi.
Vətən müharibəsi başlayanda Rahibin sevincinin həddi-hüdudu yox idi. Döyüş yoldaşları deyir ki, Rahib düşmən üzərinə cəsarətlə, sevinclə, gülə-gülə gedib. Murov yüksəkliklərinin alınmasında xüsusi qəhrəmanlıq göstərib. Hətta deyirlər ki, “Canavar postu”nun sol tərəfini Rahib şəxsi şücaəti ilə götürüb. Bu post Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi".
Döyüşlər zamanı qolundan ağır yaralanan Rahib döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq, yaralanmış əsgərlərinin həyatını xilas edib. Düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edib. İkinci yaradan sonra isə şəhid olub.
Şəhidimiz oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra “Azərbaycan bayrağı ordeni”, “Vətən uğrunda” medalı və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.
Şəhidimizin 3 övladı yadigar qalıb.

Allah rəhmət eləsin!

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı