Azərbaycan İdeyası

Şəhid atası: “Bizimlə həmişə gülə-gülə danışardı, qorxan oğul deyildi” - FOTO

Tarix:22-01-2021, 11:07
Baxış Sayı:60


44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Zəlimxan Rafiq oğlu Həsənlidir.
Əslən Kəlbəcər rayonundan olan şəhidimiz 7 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub.
O, 2020-ci ilin yanvar ayında hərbi xidmətə gedib. Ağcabədidə həqiqi hərbi xidmət keçir. Üç aydan sonra vətənə xidmətini Beyləqanda davam etdirir. Sentyabrın 27-dən isə Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarına qoşulur. O, haqq savaşımızda artilleriya komandasında iştirak edib. Zəlimxan qumbaraatan olub.
Zəlimxanın atası Rafiq Həsənli deyir ki, şəhidimiz döyüşlər başlayan gündən ailəsi ilə əlaqə saxlayıb və onlardan narahat olmamalarını xahiş edib.
“Döyüşlər başlayan gün bizimlə əlaqə saxladı. Hazır olduqlarını və döyüşə yollandıqlarını dedi. Amma tez-tez əlaqə saxlayırdı. Soruşurdum ki, oralarda vəziyyət necədir? Deyirdi hər şey yaxşıdır, xeyli sayda kənd almışıq, irəliləyirik, qorxmuruq. Qətiyyən qorxan övlad deyildi. Həmişə deyirdi ki, biz torpaqlarımızı düşməndən azad etməliyik. Həmişə də gülə-gülə danışırdı. Deyirdi ki, əsas siz özünüzü qoruyun. Çünki biz cəbhə bölgəsində yaşayırıq. O, döyüşdə olanda da bizdən narahat idi”,-deyə atası bildirib.
Zəlimxan döyüşlərə Füzulidən başlayıb. Füzuli rayonunun və kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Hadruta yollanıb. “Övladım Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Birinci komandiri şəhid olub. Əsgər yoldaşları, komandiri ilə danışdım. Hamısı dedi ki, Zəlimxan igid, qorxmaz əsgər olub. Birinci döyüşdə komandiri şəhid olanda mərminin partladığı əraziyə ilk Zəlimxan girir və döyüş yoldaşlarını həmin yerə səsləyir. Deyir ki, komandirimizin burada yaralı qalmasına, şəhid olmasına imkan verməyək. Yaralı imiş, ümid edirlərmiş ki, sağ qalacaq. Amma onun ilk komandiri orada şəhid olur. Sonradan təyin olunan komandir ilə əlaqə saxlamışam. O da deyir ki, Zəlimxan bizimlə doğma qardaş kimi idi. Çox mərd və qorxmaz olub. Oktyabrın 11-də oğlumun şəhid olması xəbərini aldım. Zəlimxanı minaatanla vurublar. Mərmi onun yanına düşür, beyin qanaxmasından elə savaş meydanında da şəhid olur”.
Zəlimxan ən son danışanda ailəsinə deyib ki, özünüzü qoruyun, Allahın izni ilə torpaqlarımızın bir qarışını da düşmən tapdağında qoymayacağıq və onlarla halallaşaraq telefonu söndürüb.
Zəlimxanın anası Afilə xanım bütün şəhid anaları kimi mən də oğlumla qürur duyuram deyib: “Bütün döyüşən igidlərimiz kimi o da vətənə olan borcunu ödədi. Azərbaycan uğrunda, bayraq, torpaq uğrunda qəhrəmanlıq göstərdi, ən yüksək zirvəyə - şəhadətə yüksəldi. Mən onunla həmişə qürur duymuşam, indi daha çox qürur duyuram. Fəxr edirəm ki, Zəlimxan kimi bir oğulun anasıyam. O, mənim qürur yerimdir. Vətənini, bayrağını seçdi, bu yolda şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Şəhid atası: “Bizimlə həmişə gülə-gülə danışardı, qorxan oğul deyildi” - FOTO

Şəhid atası: “Bizimlə həmişə gülə-gülə danışardı, qorxan oğul deyildi” - FOTO

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür