Azərbaycan İdeyası

Bakıda qazilərlə şəhid ailəsi əlbəyaxa oldular - Xəsarət alan var / VİDEO

Tarix:9-02-2021, 12:21
Baxış Sayı:61


Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşanıb. İnsident zamanı şəhid ailəsi olan sahibkar Əyanət Məmmədovun xəsarət aldığı deyilir.
Korrupsiya-q.az Demokrat.az - a istinadən xəbər verir ki, şəhid ailəsi Əyanət Məmmədov bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.
"Özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri də başına toplayaraq, mənə hücum edib. Onlar Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində məndən aylıq 1000 manat pul verməyimi tələb ediblər. Qurban Əliyev mənə dedi ki, həmin pulu "Vətən müharibəsi əlillərinə kömək" ictimi birliyi adından toplayırıq. Səbəb kimi də mənə deyir ki, biz Qarabağ qazisiyik və sən bizə bu qədər vəsait verməlisən. Mən isə həmin pulu verməyəcəyimi deyəndə onlar mənə çəliklə hücum etdilər və başıma xəsarət yetirdilər. Bununla bağlı cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişəm. Hazırda araşdırma aparılır".

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı