Azərbaycan İdeyası

İcra məmurunun qaravəlli işi

Tarix:15-03-2021, 16:26
Baxış Sayı:246

İcra məmurunun qaravəlli işi

Sumqayıt şəhəri, 9-cu mkr., ev – 10/27, mən. – 75 ünvanda qeydiyyatda olan Şirinov Mustafa Məmmədəli oğlu ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, icra məmurundan şikayət etmişdir. Şirinov bildirir ki, üç il əvvəl qonşusu Mərdanov Zamin Kamil oğlu ilə danışıb razılığa gələndən sonra Mərdanovun Saray bağlar massivində yerləşən mülkiyyətində olan bağından yol alıb istifadə etmək üçün etiraz etmədiyini göstərdiyi sənədi notarial qaydada təsdiqləətdirərək ondan almışdır. Bu razılığı əldə etmək üçün Mərdanova 2500 (iki min beş yüz) manat pul ödəmişdir. Sonra Mərdanov bağı satmışdər. Şirinov ondan verdiyi pulu qaytarmağı tələb etsə də, ala bilməmiş, o üzdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt şəhər məhkəməsi tərəfləri dinləmiş, iş materiallarını tam, obyektiv, hərtərəfli tədqiq edərək, iddia tələbini əsaslı saymış və təmin etmişdir. Üstəgəl, borclu şəxs özü də məhkəmədə ona qarşı verilmiş iddianı qəbul etmişdir, qeyd olunan məbləğdə pulu aldığını təsdiqləmişdir. Sumqayıt şəhər məhkəməsi 25 sentyabr 2020-ci il tarixli 2(060)-3852/2020 nömrəli qətnaməsi ilə Mərdanov Zamin Kasmal oğlundan 2500 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Şirinov Mustafa Məhəmmədəli oğluna ödənilməsini qət etmişdir.
Lakin Şirinov hesab edir ki, Sumqayıt şəhər İcra və Probasiya şöbəsinin məmuru məhkəmənin qərarına ciddi yanaşmır: “Cavbden 16 sot torpağının 1 sotunu 2800 manata satıb, maşını, kafesi var. Sumqayıt şəhərinin 8-ci mikrorayonunda maşın təmiri ilə məşğuldur. Lakin icraçı bunların heç birini nəzərə almayıb. Mən xəstə olduğum üçün etibarnamə ilə dayım qızı fevralın 23-də məhkəmədə mənim əvəzimdən iştirak edib. Cavbdehi məhkəməyə gətiriblər. Hakim onu 500 (beş yüz) manat cərimə edib”.
Şirinovu KİV-ə üz tutmağa, məsələni ictimailəşdirməyi xahiş etməsinə səbəb budur ki, məhkəmə onun – zərərçəkmişin deyil, dövlətin xəzinəsinin mənafeyini önə çəkib. Axı, 500 manat cərimə məbləği cavabdehin ona olan 2500 manat borcunun beşdə birini, yəni, 20 faizini təşkil edir. Şikayətçinin ərizəsinin ardından redaksiyaya şifahi verdiyi əlavə məlumata görə, cavabdeh öz maşınını, iaşə obyektini başqasının adına rəsmiləşdirib. Onun fikrincə, icra məmuru cavabdehin əmlakının siyahısını dəqiqləşdirmək, sonra da lazım gəlincə müsadirə etmək variantı üzərində çalışmalıydı.
Həqiqətən də məntiqlə fikirləşəndə ədaləıtli yanaşma budur ki, cavabdehin 500 manat cərimə ödəməsindənsə, həmin məbləği iddiaçıya qaytarıb borcunu azaltması daha məqsədəuyğun olardı. Başqa bir tərəfdən yanaşmada, cavabdeh iddiaçıya borcunu qaytarmağa imkanı yoxdursa, dövlətə cəriməni necə ödəyəcək? Məhkəmə və icra məmuru cavabdehi məcbur etmək üçün ya daha təsirli tədbir görməli, ya da yuxarıda qeyd etdiyimiz kimi borcun ödənilməsinə yönəltmək üçün onun əmlakını və gəlir mənbələrini tapmalıdır.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür