Azərbaycan İdeyası

SUMQAYITDA İŞƏDÜZƏLTMƏ ADI İLƏ NÖVBƏTİ DƏLƏDUZLUQ FAKTI

Tarix:22-07-2016, 14:42
Baxış Sayı:386

 SUMQAYITDA İŞƏDÜZƏLTMƏ ADI İLƏ NÖVBƏTİ DƏLƏDUZLUQ FAKTI

Bu ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 4-cü Bolis Bölməsinin birgə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində 31 yaşlı B.Aslanov iki aylıq axtarışdan sonra tutuldu.
Araşdırmalar zamanı məlum olub ki, B.Aslanov Sumqayıt şəhər sakinləri olan Emin Məmmədzadənin və Bəşir Məmmədovun etibarından sui istifadə edərək, iş düzəltmək adı ilə hər birinin 10 min ABŞ dollarını alaraq aradan çıxıb. Sumqayıt polisi B.Aslanovu yaşadığı Bakı şəhəri Sabunçu rayonunda saxlamağa müvəffəq olub.
Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə B.Aslanov 9 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Bu qəbildən olan dələduzluq faktları ilə bağlı redaksiyamıza da şikayətlər daxil olur. Sumqayıt şəhəri, Yat-11, məh.4, m.102 ünvanda qeydiyyatda olan, Ceyranbatan qəsəbəsi, Metallurq massivi, bağ-377-də yaşayan Həmidov Asif Qabil oğlu qəzetimizin poçtuna ərizə ilə müraciət edərək bildirib ki, dostunun vasitəsi ilə tanış olduğu Rövşən Kazımov ondan oğlu Həmidov Rasimi işə düzəldəcəyini vəd edərək pul almışdır: "Mən 2015-ci ilin sentyabr ayında "Bank of Baku"dan 9000 ABŞ dolları çıxarıb Kazımov Rövşənə verdim. Bankdan müqavilə vaxtından tez pul çıxartdığım üçün mənə cərimələr tətbiq etdilər. Bu günə qədər Kazımov Rövşən oğlumu işə düzəltdirməyib, dəfələrlə pulu tələb etsəm də, hər cür bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir"
Özünün II qrup, həyat yoldaşı Həmidova Sevda Musa qızının isə I qrup əlil olduğunu, başqa şəxsin qayğısını möhtac olduğunu xatırladan Asf Həmidov redaksiyadan bu məsələnin ictimailəşdirilməsini xahiş etmişdir.
İnanırıq ki, bu material işıq üzü görəndən sonra hüquq-mühafizə orqanları məsələni nəzarətə götürəcəklər.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı