Azərbaycan İdeyası

Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib

Tarix:18-03-2021, 17:46
Baxış Sayı:61


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər və Suraxanı rayonları ərazisində, Binə qəsəbəsi və Südçülük sovxozu yaşayış massivində iki küçənin əsaslı şəkildə təmiri aparılaraq yekunlaşdırılıb.

Agentlikdən verilən məlumata görə, işlərin aparıldığı Elmir Orucov və Xəqani küçələrində zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb.

Qeyd edək ki, sözügedən küçələrin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində hər iki yol boyu çalalar və çökmələr əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu, yol örtüyü deformasiyaya uğradığından hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.

Uzunluğu 370 metr, eni isə 6 metr olan Xəqani küçəsinin təmiri zamanı ilk növbədə çirkli gölməçələrin qurudulması və küçə boyu müvafiq təmizləmə işlərinin aparılması həyata keçirilib. Daha sonra tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılan təmir-tikinti işləri çərçivəsində lazımi materialdan istifadə edilərək 20 sm qalınlığında yeni yol yatağı, optimal-qırmadaş qarışığından isə yol inşası işləri aparılıb. Bunun ardınca küçəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir edilən Elmir Orucov küçəsinin uzunluğu 790 metr, ortalama eni isə 6 metrdir.

Yenidənqurma işləri çərçivəsində küçə boyu yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib və yeni yol yatağı hazırlanıb. Ardınca əsasın alt layı karxana çınqılı, üst layı isə qum-qırmadaş qarışığından istifadə edilərək tikilib və yeni asfalt-beton örtüyü döşənib.

İlk növbədə örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü olan qəsəbədaxili küçə və yollarda təmir-bərpa işləri həyata keçirilir.

Ümumilikdə Xəzər və Suraxanı rayonları üzrə təmir-bərpa işlərinin görüldüyü küçələr vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün bu işlərin aparılması gediş-gəlişin rahatlaşmasına gətirib çıxarır.

Qeyd edək ki, növbəti mərhələlərdə agentlik tərəfindən sözügedən rayonlar üzrə digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib
Xəzər və Suraxanı rayonları ərazisində iki küçə əsaslı şəkildə təmir edilib

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!