Azərbaycan İdeyası

İki dayısı oğlu ilə birgə qızı qaçıran gənc: “Öz razılığı ilə maşına oturdu”

Tarix:14-06-2022, 13:17
Baxış Sayı:60

İki dayısı oğlu ilə birgə qızı qaçıran gənc: “Öz razılığı ilə maşına oturdu”
Ötən ilin payızında dayısı oğlanları ilə əlbir olaraq qız qaçıran şəxsə hökm oxunub.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə 2021-ci il sentyabrın 27-də Mingəçevir şəhərində baş verib.

Belə ki, Tərtər rayon sakini Şahin Məmmədov (ad və soyad şərtidir) Bərdə rayonunda yaşayan dayısı oğlanları Hüseyn Əhmədov (ad və soyad şərtidir) və Zaur Qurbanov (ad və soyad şərtidir) ilə əlbir olaraq Mingəçevirdə yaşayan 19 yaşlı Aysel Əliyevanı oğurlayıblar.

Hadisə ilə bağlı başlanılan cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmədə ifadə verən Şahin Məmmədov bildirib ki, Ayseli öz istəyi ilə qaçırıb:

“Ayselin şəklini mənə dayım qızı göstərmişdi. Daha sonra özüm də onu toyda görüb bəyənmişdim. Danışdıq və ona dedim ki, xoşuma gəlir və evlənmək istəyirəm. O da mənə hisslərinin olduğunu bildirdi. Məndən xoşu gəldiyini və tanımaq istədiyini dedi. Telefonu olmadığı üçün əlaqə saxlaya bilmirdik. Lakin dayım qızına demişdim ki, onunla aramızda görüş təşkil etsin, qaçırdacam. Maddi durumumun yaxşı olmadığını və toy edə bilməyəcəyimi də demişdim. Hadisə baş verən gün dayım qızı ilə danışdım, onlar birlikdə gəzməyə çıxmışdılar. Mənim maşınım olmadığı üçün dayım oğlanlarının maşını ilə getdim. Aysel öz razılığı ilə maşına oturdu və Tərtərə, evimizə gətirdik. Ona heç bir zorakılıq olmayıb. Bizdə olandan sonra onun ailəsi gəlib. Bundan sonra mübahisə düşüb. O, könüllü gəldiyini desə də, zorla maşına salıb aparıblar”.

Şahinə Ayseli oğurlamaqda kömək etmiş dayısı oğlanları Hüseyn Əhmədov və Zaur Qurbanov da onunla eyni məzmunlu ifadəni veriblər.

Hadisə zamanı zərərçəkən Aysel Əliyeva məhkəmədəki ifadəsində deyib ki, Şahini daha əvvəl görməyib və tanımır:

“Qonşu qız Ülkər dedi ki, gəzməyə gedək. Mən və bacım, bir də elə qonşuluqda yaşayan qohumumuzla birlikdə getdik. Daha sonra yanımızda bir maşın saxladı və içindən iki nəfər düşdü. Daha sonra bildim ki, bunlar qonşu qız Ülkərin qohumlarıdır. Mən elə vəziyyəti başa düşən kimi Ülkərin arxasına keçsəm də, onlar məni məcbur maşına saldılar. Bacımgil onlara mane olmaq istədilər. Lakin onlar maşını sürüb oradan uzaqlaşdılar. Tərtərə gedəndən sonra hamı məni məcbur etdi ki, ərizədə Şahinlə könüllü gəldiyimi yazım. Mən isə etiraz etdim. Şahin mənim üzümə şillə vurdu. Mən də yalnız ailəm gələrsə, bu ərizəni yazaram dedim. Onlar da ailəmə məlumat verəcəklərini dedilər. Daha sonra mən ərizə yazdım. Ailəm gələndən sonra xalam qızına dedim ki, məni buraya məcburi gətiriblər. Bundan sonra anamgil məni özləri ilə aparacaqlarını dedilər. Mübahisə düşdü. Əlbəyaxa davada Şahinin qohumları məni və ailəmi vurdular. Biz çətinliklə maşına oturub Mingəçevirə getdik. Şəhərə çatan kimi polisə şikayət etdik. Hazırda Şahingil ilə barışmışıq. Heç bir şikayətim yoxdur”.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahin Məmmədov altı il, Hüseyn Əhmədov və Zaur Qurbanovun hər biri isə beş il altı ay müddətinə azadlıqdan məhrum ediliblər.

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…